Opel-ə 3 il vaxt verildi
Bu ilin yaz aylarında General Motorsun təxminən 1.3 milyard avro qarşılığında Fransanın PSA qrupuna satdığı Opel şirkəti 1999-cu ildən bəri mənfəət əldə edə bilmir.
"Marja" xəbər verir ki, PSA qrupu Opel üçün 3 illik bir yol xəritəsi hazırlayıb və qənaət planı açıqlanıb. Mütəxəssislər 3 min nəfərin işdən çıxarılacağını gözləyirlər.
Yol xəritəsinə görə, 2020-ci ildə Opel-in gəlir və xərci bərabərləşməli, 2026-ci ilədək isə 6 faiz qazanc təmin olunmalıdır.
Opel, qənaət planı çərçivəsində, 3 il içərisində hər bir avtomobilin istehsal xərcini 700 avro azaltmalıdır. Şirkət 3 ildə 1.1 milyard avro qənaət etməlidir. Aparılan hesablamalara görə, şirkət, 800 min ədəd avtomobil istehsal edəndən sonra mənfəətə keçəcək.
Opel-in İcraçı direktoru Maykl Lohscheller məcburi işdən çıxarmalar və ya zavodların bağlanmasının gündəmdə olmadığını bildirsə də, mütəxəssislər, tplanın icrası üçün personalın azaldılmasının qaçılmaz olacağını vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























