OPEC, Azərbaycanda neft hasilatı barədə proqnoz verib
OPEC Azərbaycanda 2040-cı ilədək neft hasilatının stabil olaraq sutkada 0,7-0,8 milyon barrel səviyyəsində qalacağını proqnozlaşdırır.
Bu barədə təşkilatın "World Oil Outlook 2040" adlı hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2022-ci ilə kimi Azərbaycanda neft və kondensat hasilatı hazırda qeydə alınan sutkada 0,8 milyon barreldən 0,7 milyon barrelədək azalacaq. 2017-ci ildə hasilat 0,8 milyon barrel, 2018-ci ildə 0,7 milyon barrel, 2019-cu ildə 0,7 milyon barrel, 2020-ci ildə 0,8 milyon barrel, 2021 və 2022-ci illərdə isə yenidən 0,7 milyon barrel təşkil edəcək.
"Bu, yeni iri layihələrin olmaması ilə və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə "Şahdəniz" yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barrel əlavə edəcək".
OPEC-in qənaətincə, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanılacaq. 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barrel səviyyəsində olacağı proqnozlaşdırılır.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
25 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit





















