Tarixin ən böyük texnologiya satınalması baş verə bilər
Dünyanın ən iri çip istehsalçılarından biri olan "Broadcom", 100 milyard dollarlıq təkliflə başqa bir böyük istehsalçı "Qualcomm"u satın almaq istəyir. Razılaşma baş tutarsa 200 milyard dollarlıq nəhəng bir şirkət "doğulacaq".
"Marja" Qərb mətbuatına istinadən xəbər verir ki, texnologiya nəhəngi "Broadcom", başda "Apple", "Samsung" və "LG" olmaqla bir çox markaya çip istehsal edən "Qualcomm"u satın almaq üçün təklif təqdim edib.
ABŞ mətbuatında üç müxtəlif mənbəyə istinadən çıxan xəbərlərdə, bir səhmə ən azı 70 dollardan 100 mmilyard dollar həcmindəki təklifin qəbul edilməsi halında tarixin ən böyük texnologiya satınalmasının baş verəcəyi qeyd olunub. "Broadcom"un nağd pul axını üçün 5 böyük bankla birlikdə çalışdığı da qeyd olunur.
Ağıllı telefonlar üçün çiplər istehsal edən dünyanın ən böyük şirkətlərinin eyni "çətir" altında birləşməsi halında 200 milyard dollarlıq nəhəng bir şirkət ortaya çıxacaq.
Digər tərəfdən, Hollandiyanın yarımkeçirici və çip istehsalçısı NXP-ni satın almaq üçün "Qualcomm"un təqdim etdiyi 38 milyard dollarlıq təklifin aqibətinin nə olacağı da maraq mövzusudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




