Yapon nəhənginə göz dikdi! Hədəfi ən böyük olmaqdır
Lenovo, azalan PC gəlirlərini artırmaq və HP-yə uduzduğu "ən böyük PC istehsalçısı" adını geri qazanmaq üçün hərəkətə keçib.
Lenovo, Yaponiyanın Fujitsu şirkətinin fərdi kompüterlər istehsal edən törəmə şirkətinin 51 faiz səhmini satın alır. Müqavilənin maliyyə dəyəri 269 milyon dollara qədər çıxa bilər.
Fujitsu və Lenovo, 2016-ci ildə PC (Fərdi kompüter) sahəsində mümkün əməkdaşlıq əlaqələrini araşdırmağa başladıqlarını bildirmişdilər.
"Marja" xəbər verir ki, Lenovo, şirkətin fərdi kompüterlər istehsal edən Fujitsu Client Computing LTD-nin səhmləri üçün 17,85 milyard yen (156 milyon dollar) ödəyəcək və şirkətin 2020-ci ildəki vəziyyətinə görə 2,55 milyard yen ilə 12,75 milyard yen arasında daha bir ödəniş ediləcək.
Qlobal PC bazarında yavaşlama, Lenovo-nun sentyabr ayında bitən ikinci rübündə PC satışlarından 139 milyon dollar gəlir gətirməsinə səbəb olub. Ötən ilin eyni dövründə açıqlanan mənfəət isə 157 milyard dollar idi.
Lenovo-nun sözügedən rübdə əldə etdiyi gəlirlər 11,8 milyard dollar olaraq açıqlanıb.
Şirkətin qlobal PC satışları bir əvvəlki rübə nisbətən 17 faiz azalıb və PC bazarında 0,2 faiz pay itirərək, "tortun" 21%-ni əlində saxlamağa davam edib.
Lenovo ilin əvvəlində dünyanın ən böyük PC istehsalçısı adını HP-yə uduzmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)







