“AccessBank” kapitalını gücləndirərək 2018-ci ilə hazırlaşır
Azərbaycanda fəaliyyət göstərən iri banklardan biri olan “AccessBank” QSC 2017-ci ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Marja” maliyyə hesabatılarına istinadən xəbər verir ki, 30 Sentyabr 2017-ci il tarixində “AccessBank” QSC-nin cəmi aktivləri 852 milyon manat, cəmi öhdəlikləri 773 milyon 644 min manat, cəmi balans kapitalı isə 78 milyon 357 min manat təşkil edib.
Bank 2016-cı ilin sonunda 1 milyard 58 milyon 871 min manat cəmi aktivlərə, 1 milyard 6 milyon 411 min manat cəmi öhdəliklərə və 52 milyon 460 min manat cəmi balans kapitalına malik idi.
KAPİTALI ARTIB
Diqqəti cəlb edən Bankın cəmi balans kapitalının 52 milyon 460 min manatdan 78 milyon 357 min manata yüskəlməsidir. "AccessBank"ın səhmdarları 34.85 milyon manat və 20 milyon manat məbləğində olmaqla bu il Bankın nizamnamə kapitalını iki dəfə artırıblar. Nəticədə Bankın nizamnamə kapitalı 140 milyon manata çatıb.
“AccessBank”ın aktivlərinin azalmasının əsas səbəbi kredit portfelinin azalması, öhdəliklərinin azalması isə Bankın götürdüyü kreditləri qaytarmasıdır.
Bildiyimiz kimi, devalvasiyalardan sonra banklar bir müddət kredit ayırmağı dayandırmış, həmçinin bazardakı qeyri-müəyyənlik və tələblərin sərtləşdirilməsilə bağlı olaraq kreditlərə tələb azalmıdı. Bu səbəbdən bankların müştərilərə verdiyi kreditlər azalıb. Ötən 9 ayda “AccessBank”ın kredit portfeli 598 milyon 794 min manatdan 497 milyon 672 min manata düşüb. 2018-ci ildən başlayaraq müştərilərə verilən kreditlərin yenidən artacağı gözlənilir.
BORCLARINI QAYTARIR
“AccessBank” xarici maliyyə təşkilatlarından götürdüyü kreditləri də sürətlə qaytarır. Bank bu ilin 9 ayı ərzində borcundan 241 milyon 396 min manat qaytarıb və nəticədə cəmi borc 511 milyon 151 min manatdan 269 milyon 755 min manata düşüb. “AccessBank” digər öhdəliklərini də (subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri, digər passivlər) xeyili azaldıb.
DEPOZİTLƏR ARTIB
Bu günədək “AccessBank”a şirkətlərin və əhalinin inamı yüksək səviyyədədir. Bunu depozitlərin artması da sübut edir. “AccessBank”da ötən ilin sonunda 284 milyon 846 min manat olan depozitlər 376 milyon 792 min manata qalxıb (32,3% artıb).
2017-ci ilin yanvar-sentyabr dövründə “AccessBank”ın faiz gəlirləri 78 milyon 143 min manat təşkil edib. Bank gəlirindən, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 21 milyon 343 min manat ayırıb.
“AccessBank” son bir ildə elektron xidmətlərin təkmilləşdirməsinə böyük sərmayə yatırıb. Bank hazırda “myAccess” adlı internet və mobil bankinq xidmətini təqdim edir. Müştərilər banka gəlmədən “myAccess” vasitəsilə bir çox bank əməliyyatlarını apara bilirlər.
Manatın sabitləşməsi ilə bərabər 2018-ci ildə Azərbaycanda iqtisadi canlanma gözlənilir. Bu il səhmdarları tərəfindən 2 dəfə kapitalı artırılan “AccessBank” gələn il daha aktiv fəaliyyət göstərməyi, böyüməyi və gəlirlərini artırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
35 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ




















