İstilik panelləri istehsalı müəssisəsi istifadəyə verilib
Oktyabrın 25-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi istifadəyə verilmişdir.
"Marja" Ali Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, Muxtar respublikada istilik panellərinə və dam örtüklərinə olan tələbat nəzərə alınaraq "Cahan Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri və dam örtükləri müəssisəsi yaradılmışdır. Yeni müəssisə daxili tələbatı ödəməklə yanaşı, həm də geniş ixrac imkanlarına malikdir. Vüqar Abbasov sahibkarların fəaliyyəti üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikada dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni mənzillərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılması dam örtüklərinə və istilik panellərinə olan tələbatı artırmışdır. İstifadəyə verilən istilik panelləri və dam örtükləri müəssisəsi keyfiyyətli məhsul istehsalına və daxili tələbatın tam ödənilməsinə imkan verəcəkdir.
Məlumat verilmişdir ki, müəssisənin yaradılmasına 6 milyon 560 min manat vəsait sərf olunmuş, 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılmış, müasir avadanlıqlar quraşdırılmışdır. İstilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Standartların tələblərinə uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyəcək, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılacaqdır.
Binada iş otaqları, iclas zalı, mətbəx, torna və dülgər emalatxanaları, tikinti materiallarının satış mərkəzi, hazır və ehtiyat hissələri anbarları da istifadəyə verilmiş, 120 nəfər işlə təmin olunmuş, işçilər üçün xidməti otaqlar yaradılmışdır. Müəssisədə təhlükəsizlik tədbirlərinə də diqqət artırılmış, video-müşahidə sistemi quraşdırılmış, işçilər pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyatla təmin olunmuşlar.
Plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsi yaradılır
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni yaradılacaq plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsinə də baxmışdır.
Bildirilmişdir ki, əsas tikinti işləri başa çatdırılmış müəssisədə Türkiyə, Çin və Tayvan istehsalı olan tam avtomatlaşıdırılmış avadanlıqlar quraşdırılacaq, 38 istehsal sahəsi və müasir laboratoriya istifadəyə veriləcəkdir. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su, eləcə də polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla 7 növdə və 160 çeşiddə məhsul istehsal olunacaq, daxili tələbat ödənilməklə yanaşı, geniş ixrac imkanları da yaradılacaqdır. Müəssisədə 285 yeni iş yeri açılacaqdır.
Ali Məclisin Sədri müəssisədə istehsal olunacaq məhsulların nümunələrinə baxmış, keyfiyyətli məhsul istehsalı, işçi-sahibkar münasibətlərinin tənzimlənməsi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi ilə bağlı aid təşkilatlara tapşırıqlar vermişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















