Beynəlxalq Bank son maliyyə göstəricilərini açıqladı

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) cəmi aktivləri bu il oktyabrın 1-nə 7 milyard 106,53 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 41,9% azdır.
Bu barədə Bankın rüblük maliyyə hesabatnda bildirilir.
Hesabat əsasən, aktivlərin 1 milyard 604,7 milyon manatını likvid aktivlər, 3 milyard 50,9 mlyon manatını digər banklardakı depozitlər, 268,43 milyon manatını qiymətli kağızlar, 2 milyard 217,4 milyon manatını isə müştərilərə verilmiş kreditlər təşkil edib. İlin əvvəli ilə müqayisədə ABB-nin kredit portfeli 56% azalıb.
9 ay ərzində Bankın cəmi öhdəlikləri 47,8% azalaraq 6 milyard 739,125 milyon manat olub. Bunun 2 milyard 348 milyon manatını bankların və digər maliyyə institutlarının vəsaitləri, 437,4 milyon manatını fiziki şəxslərin tələbli depozitləri, 2 milyard 375 milyon 421 min manatını hüquqi şəxslərin tələbli depozitləri, 1 milayrd 4,8 milyon manatını fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.
Oktyabrın 1-nə ABB-nin xüsusi kapitalı 319,421 milyon manat, cəmi kapitalı isə 367,405 milyon manat təşkil edib.
Bankın biu ilin yanvar-sentyabr aylarını 469,893 milyon manat xalis mənfəətlə başa vurub.
9 ay ərzində maliyyə qurumunun faiz gəlirləri 404,988 milyon manat, faiz xərcləri 273,565 milyon manat, qeyri-faiz gəlirləri 464,541 milyon manat, qeyri-faiz xərcləri 120,254 milyon manat təşkil edib. Son nəticədə ABB-nin xalis əməliyyat mənfəəti 475,711 milyon manat təşkil edib ki, bundan da 5 milyon 818 mn manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 241 milyon 287 min manatdır. Bankın səhmlərinin 76,73%-u Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 04%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur.
Aktivlərin maddələri | Cəmi məbləğ |
Likvid aktivlər | 1 604 712 |
Banklardakı depozitlər, cəmi | 3 050 949 |
Qiymətli kağızlar, cəmi | 268 430 |
Müştərilərə verilən kreditlər (ehtiyat | 2 217 421 |
Cəmi xalis aktivlər | 7 106 530 |
Öhdəliklərin maddələri | Cəmi məbləğ |
Banklar və digər maliyyə institutlarının vəsaitləri | 2 348 052 |
Fiziki şəxslərin tələbli depozitləri | 437 408 |
Hüquqi şəxslərin tələbli depozitləri | 2 375 421 |
Fiziki və hüquqi şəxslərin müddətli depozitləri | 1 004 817 |
Cəmi öhdəliklər | 6 739 125 |
KAPİTAL | Cəmi məbləğ |
Xüsusi kapital, o cümlədən | 319 421 |
cari ilin xalis mənfəəti (zərəri) | 469 893 |
Ümumi ehtiyatlar | 47 984 |
Cəmi kapital | 367 405 |
Cəmi öhdəliklər və kapital | 7 106 530 |
Mənfəət və zərər maddələri | Məbləğ | |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 1 | 404 988,24 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 2 | 273 564,72 |
Xalis faiz gəliri (zərəri) | 3 | 131 423,52 |
Qeyri-faiz gəlirləri, cəmi | 4 | 464 541,25 |
Qeyri-faiz xərcləri, cəmi | 5 | 120 254,14 |
Əməliyyat mənfəəti (zərəri) | 6 | 475 710,63 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi | 7 | 5 817,57 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) | 8 | 469 893,06 |
© Report, ibar.az
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 21 d. əvvəl
-
32 d. əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

Bank sektorunda son vəziyyət

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb
