"2018-də bankların kredit aktivliyi yüksələcək, gəlirləri artacaq"
Bu il bankların faiz gəlirlərində müşahidə olunan azalma əsasən hüquqi şəxslərə verilən kreditlərdə faizlərin aşağı düşməsilə bağlıdır.
Bunu “Marja”ya Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.
“İki devalvasiyadan sonra bankların kredit portfelləri kəskin olaraq azalmağa doğru meyilləndi. Eyni zamanda, dövlətin qəbul etdiyi qərarlar nəticəsində nağdsız hesablaşmalar artdı. Artıq bank sektorunda 6 milyard manatdan artıq likvid vəsait yığılıb.
Həmçinin bankların cəlb etdikləri valyuta vəsaitlərinin (Dollar əmanətlərinin) faiz dərəcələri kəskin aşağı düşüb. Manat əmanətlərinin də faiz dərəcələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunun nəticəsində, bankların hüquqi şəxlərə təqdim etdikləri kreditlərin də faizləri aşağı düşmüşdür. Kredit faizlərinin azalması bankların faiz gəlirlərinin azalmasında özünü göstərir. Eyni zamanda, bankların faiz gəlirlərində baş verən azalma, faiz xərclərinin azalması ilə kompensasiya olunur. Çünki, banklar vəsaitləri daha aşağı faizlər ilə cəlb ediblər. Hesab edirəm ki, 2018-ci ildə bankların kredit aktivliyi yüksələcək və artan aktivlik faizlərin aşağı düşməsindən yaranan geriləmələri aradan qaldıracaqdır”.
Qeyd edək ki, əksər bankların kredit portfelləri və faiz gəlirləri azalıb. Bir çox banklarda qeyri-faiz gəlirlərinin də azaldığı müşahidə olunur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"






















