"Ciddi qəbul edin, dəyəri "Apple"ı keçəcək"
Tanınmış maliyyə analitiki və investisiya şirkəti "Standpoint Research"ın rəhbəri Ronnie Moas qiyməti rekord səviyyələrə yüksələn virtual pul vahidi "Bitcoin"in ciddiyə alınması lazım olduğunu bildirib.
"Çünki bu gün bazar dəyəri olaraq "Goldman Sachs"a çatmış vəziyyətdədir. 5 il ərzində də 800 milyard dolların üzərində bazar dəyəri olan "Apple"a çatacaq" - o deyib.
"Marja" "Coinmarketcap.Com"a istinadən xəbər verir ki, dövriyyədəki "Bitcoin"lərin bazar dəyəri 95.9 milyard dollar ətrafındadır. "Tomson Reuters"ın məlumatlarına görə "Goldman Sachs"ın bazar dəyəri 93.67 milyard dollar, "Apple"ın dəyəri isə 806.5 milyard dollardır.
"Bitcoin"in qiyməti ilin əvvəlində 2600 dollar səviyyələrində idi. Həmin vaxt Moas virtual pul vahidinin qiymətinin 5 min dollara çatacağını proqnozlaşdırmışdı. "Bitcoin"in qiyməti bu gün 5 min 700 dollar ətrafındadır.
İRADLAR DA VAR
"Black Rok"ın İcraçı direktoru Larri Fink "Bitcoin"in yalnız "pul yumaq" üçün işə yarayacağı açıqlamasını etmişdi.
Səudiyyəli milyarder investor Şahzadə Əl Vəlid bin Talal dünənki açıqlamasında "Bitcoin"in gec-tez "Enron" kimi çəkəcəyini iddia etmişdir.
"JP Morgan Chase"in İcraçı direktoru Jamie Dimon da "Bitcoin"i tənqid edənlər arasındadlır. Dimon "əgər alacaq qədər axmaqsansa, bir gün bədəlini ödəyəcəksiniz" ifadəsini işlətmişdi.
Moas isə "Bitcoin"in qiymətinin gələcək 10 ildə 50 min dollara qədər yüksələcəyini bazar dəyərinin isə trilyon dolları keçəcəyini bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





