“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntilərinin dünya maliyyə bazarlarında yüksək olması və Avrozonada siyasi və iqtisadi risklərin də artması, avronun qiymətini də təzyiq altında saxlayır.
InvestAZ analitiklərinin fikrincə, 1.18$-ın altında ticarət edilən EUR/USD məzənnəsi 1.1700$-a kimi ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 1.1618$ və 1.1470$-a kimi də ucuzlaşa bilər.
Eyni zamanda, Avropa Mərkəzi Bankının cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlayacağı pul siyasəti ilə bağlı qərarı və saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da investorların diqqət mərkəzindədir.
GBP
İngiltərə ilə Avropa Birliyi arasında “BREKSİT” danışıqlarının uğursuzluğu, İngiltərədə hökümətə qarşı olan təzyiqləri artırmaqla yanaşı, ölkə valyutasına olan inamın da zəifləməsinə təsir edir. Təhlillərə əsasən, 1.33$-ın altında ticarət edilən GBP/USD valyuta cütlüyünün qiyməti gələcək günlər ərzində daha da ucuzlaşa bilər. Belə ki, məzənnə 1.3087$-ı aşağı istiqamətdə qırarsa, burada 1.2948$-a kimi sürətlənən eniş dalğasının şahidi ola bilərik.
Bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq İngiltərənin 3-cü rüb üzrə iqtisadi inkişaf göstəricisi də funt/dollar qiymətinə güclü təsir edə bilər.
TRY
Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 3.70TL-ə kimi bahalaşıb və qiymət 3.68TL-nin üzərində qalarsa, 3.73TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, cümə axşamı saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da maliyyə bazarlarında böyük maraqla gözlənilir.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 57-58$ aralığında ticarət edilməkdədir. Qiymətin 59.37$ və 63.31$-a kimi də bahalaşa biləcəyini proqnozlaşdıran treyderlər, cari həftənin ilk sessiyasında qiymətin 58$-ın üzərində möhkəmlənməsini gözləyirlər. Dünya bazarlarında neftə olan tələbin artması, qiymətlərin də bahalaşmasına təsir edir.
GOLD
FED-in faiz artımı gözləntilərinin yüksək olması qızıl qiymətlərini də təzyiq altında saxlayır. Yenidən 1274$-a (41.2 $/qram) kimi dəyər itirən qızılın bir unsiya üzrə
qiyməti 1278$-ın altında qaldıqca, 1268$ (40.7 $/qram) və 1253$-a (40.2 $/qram) kimi də ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























