“Avtomobil yolları” Fonduna daxilolmalar artacaq - MƏNBƏLƏR
Azərbaycan hökuməti 2018-ci ildə “Avtomobil yolları”Məqsədli Büdcə Fonduna daxilolmaları 333 mln. manat səviyyəsində proqnozlaşdırır ki, bu da 2017-ci illə müqayisədə 12% çoxdur. Bu barədə dərc edilmiş büdcə materiallarında deyilir.
Gələn il “Avtomobil yolları”Məqsədli Büdcə Fondunun vəsaitləri 7 mənbə (2017-ci ildə 8 mənbə) hesabına formalaşacaq.
Fondun vəsaitlərinin bir hissəsi avtomobillərin idxalına görə alınan gömrük rüsumlarının hesabına formalaşacaq. Gələn il bu vəsaitlərin həcmi 41 mln. manat (2017-ci ilə olan proqnozla müqayisədə artım 0,7%) səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, respublikaya gətirilən avtomobillərə görə ödənilən aksiz vergisindən daxilolmalar 30 mln. manat (artım 7,1%), bütün nəqliyyat vasitələri növlərinə illik texniki baxışın keçirilməsinə görə alınan gömrük rüsumlarından daxilolmalar 16 mln. manat (artım 3,2%) məbləğində nəzərdə tutulub.
Yol vergisi üzrə daxilolmalar 91 mln. manat (artım 2,2%), sərnişin və yük daşımaları ilə məşğul olan şəxslərdən tutulan sadələşdirilmiş vergi üzrə daxilolmalar 7 mln. manat (dəyişməyib), Azərbaycan ərazisi ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşımalarına icazələrin verilməsinə görə dövlət rüsumlarından daxilolmalar 15 mln. manat (artım 20%) təşkil edəcək.
Bundan başqa, 2018-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsaitlərdən fonda daxilolmalar 133 mln. manat (artım 28,7%) məbləğində nəzərdə tutulub.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























