Qanunsuz at kəsimi və at əti aşkarlanıb
13 oktyabr 2017-ci il tarixində alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 baş atın mədə-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər, at dırnaqları, 100 kq sümüklü at əti (atın bud ətləri) və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazımatlar aşkar olunmuşdur.
Araşdırma zamanı at kəsiminin ev sahibəsi ilə onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə aparmaları müəyyən edilmişdir.
Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində aşkar edilən ümumi çəkisi 100 kq olan at ətinin müayinələri başa çatana kimi müvəqqəti soyuducu kameraya yerləşdirilmişdir. Həyətdə aşkarlanan 2 baş atın mədəd-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər və at dırnaqları isə ərazidən zərərsizləşdirilmək məqsədi ilə götürülmüşdür. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə, qanunsuz at kəsimi ilə məşğul olan ev sahibi Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu barədə akt yazılaraq inzibati protokol tərtib edilmişdir.
Bu, son zamanlar ev sahibinin oğulu ilə birlikdə həyata keçirdikləri 2-ci belə hadisədir. Novruzova Vəsilə Ərşad qızı 15 sentyabr 2017-ci il tarixində qeyri-qanuni at kəsimi ilə məşğul olduğuna görə ona xəbərdarlıq olunaraq, İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimə olunmuşdur. Lakin o və onun oğlu bundan heç bir nəticə çıxarmamışlar. Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırımalar aparılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı


















