"Böyük ixraca hesablanmış logistik mərkəzlər yaradılmalıdır"
"İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin".
"Marja" xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
"Bölgələrdə logistik mərkəzlərin tikintisinə başlanılmışdır. Biz əslində artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıbdır. İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünki biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, - indi mən bu barədə də danışacağam, - və belə olan halda, mütləq böyük logistik mərkəzlər tikilməlidir. Onlardan birini mən Şəmkir rayonunda olarkən görmüşəm. Əslində o logistik mərkəzin də, Şəmkir Aqroparkının da təməlini qoymuşam. İndi deyə bilərəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılıbdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq.
İstixanaların salınması Azərbaycanda çox geniş vüsət alıb. Çox şadam ki, mənim çağırışım və tövsiyələrim reallaşır. Mənə bu yaxınlarda verilən məlumata görə, biz bu təşəbbüsü irəli sürəndən sonra hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Onların bir hissəsi istifadəyə verilib, böyük hissəsi isə hələ yaradılmaqdadır. İndi təsəvvür edin, məhsuldarlıq yüksək olan 400 hektarda yeni istixanalar yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, bizim ixracımız daha da artacaq. Əlbəttə ki, böyük logistik mərkəzlərin yaradılması da bu potensiala uyğun şəkildə nəzərdə tutulmalıdır".
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
14 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı





















