ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
ABB Özbəkistan bazarına daxil olur.ABB səhmdarlarının qərarı ilə Özbəkistanın “Davr Bank”ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır.
Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
İlkin razılaşmanın müsbət olduğunu bildirən Abbas İbrahimov qeyd edib ki, prosesin maksimum sürətlə tamamlanması nəzərdə tutulur.
Bildirilib ki, sövdələşmədən sonra bank “ABB-Davr” adı ilə fəaliyyət göstərəcək.
ABB rəhbəri qeyd edib ki, əqdin bağlanması tarixindən asılı olaraq dəyərinin 100 milyon ABŞ dollarından artıq olacağı proqnozlaşdırılır.
“Davr Bank”ın aktivləri təxminən 1 milyard ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur.
A. İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, “Davr Bank”ın 400 milyon ABŞ dollarından çox xarici maliyyələşməsi var.
ABB rəhbəri əlavə edib ki, tərəflər eyni maraq və strateji baxışı paylaşırlar.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























