Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsi
Yaponiya, 30 aprel tarixində yeni dollar qarşısında dəstəkləmək üçün həyata keçirdiyi valyuta müdaxiləsi zamanı təxminən 4,68 trilyon yen (cari məxənnə ilə təxminən 30 milyard dollar) xərcləyib. Başqa sözlə, bazara girişin həcmi 4,68 trilyon yen məbləğində olub.
Marja xəbər verir, bu bardə Bloomberg Yaponiya Mərkəzi Bankının hesabatlarını təhlil edərək məlumat yayıb.
Yaponiya rəsmiləri əvvəlki müdaxilədən cəmi bir neçə gün sonra yeni dəstəkləmək üçün valyuta bazarına təxminən 4,68 trilyon yen müdaxilə edərək qərarlı olduqlarını bir daha nümayiş etdiriblər.
Rəqəmlərdən ötən həftənin sonundan etibarən birdən çox müdaxilə olub-olmadığı və ya belə bir addımın hansı gün atıldığı aydın olmasa da, çərşənbə günü yenin kəskin bahalaşması rəsmilərin bazarda olduğuna dair spekulyasiyaları artırıb.
Cümə axşamı yayımlanan hesabat, ölkənin ABŞ dolları/Yaponiya yeni məzənnəsinin 160 səviyyəsindən (kritik həd) aşağı düşməsinin qarşısını almaq qərarlılığını göstərir. Bu səviyyə rəsmilərin 2024-cü ildə bazara bir neçə dəfə müdaxilə etdiyi səviyyəyə yaxındır.
Ötən həftə Dollar/Yen məzənnəsi 155,57 səviyyəsinə düşmüş və yen dollar qarşısında fevralın sonundan bəri ən güclü səviyyəsini görmüşdü. Ölkənin ən yüksək səviyyəli valyuta rəsmisi Atsuşi Mimura spekulyativ hərəkətlərin davam edəcəyi halda rəsmilərin hərəkətə keçməyə hazır olduğunu bildirmişdi.
"Goldman Sachs"ın analitiklərinə görə, Yaponiyanın valyuta ehtiyatları nəzərə alındıqda rəsmilər nəzəri olaraq ötən həftəki miqyasda təxminən 30 müdaxilə həyata keçirə biləcək potensiala malikdirlər, lakin maksimum təsiri təmin etmək üçün ehtiyatlarını qoruyacaq və yalnız seçici şəkildə hərəkət edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
37 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 43 d. əvvəl
-
48 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
57 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
Ən çox oxunanlar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb






















