"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin ilk rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalsa da, aktivlər, kredit portfeli, depozitlər və kapital göstəricilərində artım müşahidə olunub.
Mənfəətdə cüzi azalma
Marja.az-ın məlumatına görə, 2026-cı ilin yanvar–mart aylarında "Azərbaycan Sənaye Bankı" 1 milyon 723 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 min manat və ya 1 % azdır. Belə ki, bank 2025-ci ilin ilk rübündə 1 milyon 740 min manat xalis mənfəət açıqlamışdı.
Aktivlər əhəmiyyətli artım göstərib
2026-cı ilin 31 mart tarixinə bankın cəmi aktivləri 886 milyon 388 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 90 milyon 490 min manat və ya 11,4 % artım deməkdir. 2025-ci ilin 31 dekabr tarixində bankın aktivləri 795 milyon 898 min manat səviyyəsində idi.
Kredit portfeli kəskin böyüyüb
Hesabat dövrünün sonunda bankın kredit portfeli 380 milyon 730 min manat olub. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 74 milyon 918 min manat və ya 24,5 % artıb. 2025-ci ilin sonunda kredit portfeli 305 milyon 812 min manat təşkil edirdi.
Depozit portfeli artıb
2026-cı ilin ilk rübünün sonuna bankın depozit portfeli 520 milyon 479 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 37 milyon 172 min manat və ya 7,7 % artım deməkdir. Ötən ilin sonunda depozit portfeli 483 milyon 307 min manat idi.
Kapital mövqeyi güclənib
2026-cı ilin 31 mart tarixinə bankın məcmu kapitalı 125 milyon 667 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2 milyon 60 min manat və ya 1,7 % artım deməkdir. 2025-ci ilin sonunda bankın kapitalı 123 milyon 607 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
13 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
36 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 46 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı























