“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatları baş tutub. Belə ki, Natiq Novruzov və Samir Rzayev 17 mart 2026-cı il tarixindən etibarən Bankın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunublar.RABİTƏBANKDA YENİ TƏYİNAT: NATİQ NOVRUZOV İDARƏ HEYƏTİNİN SƏDRİNİN MÜAVİNİ TƏYİN OLUNUB
“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub.
Marja Banka istinadən xəbər verir ki, Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyət üzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub. O, yeni vəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davam etdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi və təkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək.
Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə də inkişaf etdirən Natiq Novruzov 2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən “Risklərin idarə edilməsi” üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin mini MBA proqramını uğurla başa vurmuşdur.
Əmək fəaliyyətinə 2003-cü ildə maliyyə sektorunda başlamış, 2003–2010-cu illər ərzində mühasibatlıq, kreditlərin idarə olunması, monitorinq və filial idarəçiliyi sahələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu müddət ərzində o, həm əməliyyat, həm də idarəetmə istiqamətində zəngin təcrübə qazanaraq maliyyə və risk sahəsində peşəkar bilik və bacarıqlarını formalaşdırmışdır.
2010-cu ildən etibarən “Kreditlərin Təhlili” şöbəsinin müdiri kimi “Rabitəbank” ASC-də fəaliyyətə başlayan Natiq Novruzov bankda müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 2011-2013-cü illərdə Risklərin İdarə Edilməsi Departamentində direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin direktoru vəzifələrini icra etmişdir. 2020-2023-cü illərdə Risk üzrə Baş Direktorun müavini kimi fəaliyyət göstərən Natiq Novruzov, 2023-cü ildən etibarən isə Baş Direktor olaraq Rabitəbankın Baş Risk İnzibatçısıdır.
Uzun illər ərzində qazandığı dərin təcrübə ilə seçilən Natiq Novruzovun yeni vəzifədə fəaliyyəti Rabitəbankın dayanıqlı inkişaf strategiyasının daha da möhkəmləndirilməsinə, risk idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə və bankın institusional dayanıqlılığının daha yüksək səviyyəyə çatdırılmasına mühüm töhfə verəcək.
Natiq Novruzov

XXX
RABİTƏBANKDA YENİ TƏYİNAT: SAMİR RZAYEV İDARƏ HEYƏTİNİN SƏDRİNİN MÜAVİNİ TƏYİN OLUNUB
“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. 17 mart 2026-cı il tarixində Bankın dərin peşəkarlığa və zəngin idarəetmə təcrübəsinə malik rəhbər heyət üzvü Samir Rzayev İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, Bankın Baş Maliyyə inzibatçısı kimi fəaliyyətini də davam etdirərək Rabitəbankın maliyyə strategiyasının icrasında aparıcı rolunu qoruyacaq.
Uzunillik bankçılıq təcrübəsinə və strateji idarəetmə bacarıqlarına malik olan Samir Rzayevin bu vəzifəyə təyin olunması Rabitəbankın davamlı inkişaf strategiyasının, maliyyə dayanıqlığının və korporativ idarəetmə sisteminin daha da gücləndirilməsinə xidmət edir.
Samir Rzayev 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakültəsini bitirmişdir.
O, peşəkar fəaliyyətinə 1995-ci ildə maliyyə sektorunda başlamış və uzun illər ərzində mühasibatlıq, beynəlxalq bank əməliyyatları, treydinq, maliyyə idarəçiliyi və institusional inkişaf sahələrində ardıcıl şəkildə müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2017-ci illər ərzində o, həm əməliyyat, həm də idarəetmə səviyyəsində zəngin təcrübə toplayaraq maliyyə sahəsində dərin bilik və bacarıqlarını formalaşdırmış, xüsusilə biznes proseslərinin optimallaşdırılması, maliyyə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və institusional idarəetmənin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə etmişdir. Rəhbər vəzifələrdə çalışdığı dövrdə strateji qərarların qəbulunda aktiv rol oynayan Samir Rzayev bank sektorunda dayanıqlı inkişafın təmin edilməsi, effektiv idarəetmə modelinin qurulması və innovativ yanaşmaların tətbiqi sahəsində peşəkar idarəçi kimi özünü təsdiq etmişdir.
2017-ci ildən etibarən “Rabitəbank” ASC-də fəaliyyət göstərən Samir Rzayev hazırda Bankın Maliyyə və İnfrastruktur üzrə Baş direktoru kimi maliyyə idarəetməsi, infrastruktur layihələri və strateji təşəbbüslərin həyata keçirilməsində aktiv iştirak edir.
Bu təyinat Rabitəbankın strateji inkişaf xəttində növbəti mühüm addım olmaqla yanaşı, Bankın maliyyə idarəetməsində yüksək peşəkarlıq, güclü liderlik və dayanıqlı nəticələrə əsaslanan yanaşmasının davamlılığını təmin edəcək.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Samir Rzayev
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 7 d. əvvəl
-
19 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
28 d. əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
46 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
50 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
53 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Ən çox oxunanlar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı




















