"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
Müştərilərə xidmətdə innovativ həlləri tətbiq edən "Bank of Baku" rəqəmsal transformasiya strategiyası çərçivəsində daha bir addım atıb.
Marja xəbər verir ki, Bank of Baku texnologiya lideri olan qlobal “UiPath” şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Bank of Baku-nun daxili idarəetmə sistemlərində və müştəri xidmətlərində Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyası tətbiq ediləcək.
Layihənin əsas məqsədi bankdaxili rutin prosesləri sürətləndirmək, müştərilərə göstərilən xidmət keyfiyyətini ən üst səviyyəyə çatdırmaq, əməliyyat xərclərini optimallaşdırmaqdır.
RƏQƏMSAL ƏMƏKDAŞ DƏSTƏYİ!
Tətbiq ediləcək “RPA” texnologiyası qaydalara əsaslanan və təkrarlanan tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirir və bir növ "rəqəmsal əməkdaş" funksiyasını daşıyır. Bu botlar sayəsində əməkdaşlar texniki işlərdən azad olaraq, daha çox müştəri məmnuniyyətinə və analitika tələb edən, strateji inkişafa yönəlmiş fəaliyyətlərə cəlb olunurlar.
Robot texnologiyasının üstünlüklərinə aşağıdakıları da əlavə etmək mümkündür:
• 24/7 sürətli və dəqiq fəaliyyət;
• Məsafədən və hibrid əməliyyatların dəstəklənməsi;
• Rəqəmsal transformasiya təşəbbüslərini sürətləndirməsi;
• Biznesin inkişafına təkan verməsi.
Qeyd edək ki, Bank of Baku ardıcıl rəqəmsal layihələrlə texnoloji infrastrukturunu gücləndirərək “Sizə yaxın rəqəmsal bankçılıq” standartlarını davamlı inkişaf etdirməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, Bank of Baku hazırda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
14 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
37 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 47 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı























