NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu NEQSOL Holding, Association for Talent Development (ATD) tərəfindən təqdim olunan 2026 BEST Award mükafatının qalibi elan edilib. Bu mükafatla biznes strategiyası ilə uzlaşdırılmış və şirkət miqyasında həyata keçirilən istedadların inkişafı təşəbbüsləri vasitəsilə yüksək nəticələr göstərən təşkilatlar təltif edilir.
Bu tanınma NEQSOL Holding-in müxtəlif biznes istiqamətlərində davamlı öyrənmə və liderlik inkişafı mədəniyyətinin formalaşdırılmasına sadiqliyini bir daha təsdiqləyir. Şirkət üçün insan kapitalının inkişafı uzunmüddətli biznes uğurunun əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.
Bu strategiyanın əsas elementlərindən biri qrupun strukturlaşdırılmış liderlik inkişafı ekosistemidir. Buraya Succession Readiness Program, Leadership Journey Program və Leadership Excellence & Acceleration Program (LEAP) daxildir. Bu proqramlar liderlik bacarıqlarını gücləndirməyə və təşkilatda idarəetmə davamlılığını təmin etməyə yönəlib. Korporativ idarəetmə çərçivəsində isə yüksək rəhbərliyin performans göstəricilərinin 10 faizi varislik planlaşdırılması və liderlik inkişafı nəticələri ilə əlaqələndirilib, bu da rəhbərliyin istedadların inkişafına görə məsuliyyətini daha da gücləndirir.
“NEQSOL Holding-də inanırıq ki, davamlı biznes nəticələri yalnız o halda mümkündür ki, təşkilatlar öz insanlarına sistemli və strateji şəkildə investisiya etsin,” – deyə NEQSOL Holding Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə bildirib. “Bu tanınma göstərir ki, liderlik inkişafı, rəqəmsal öyrənmə və istedadların inkişafına yönəlmiş inteqrasiya olunmuş yanaşmamız bizneslərimizi gücləndirməyə və əməkdaşlarımızı gələcəyin çağırışlarına hazırlamağa kömək edir.”
Bu ekosistemi dəstəkləyən əsas platformalardan biri NEQSOL Academy-dir. Bu, şirkətin dünya üzrə əməkdaşları üçün nəzərdə tutulmuş rəqəmsal öyrənmə və qarşılıqlı əlaqə platformasıdır. Platforma süni intellekt əsaslı, fərdiləşdirilmiş və çoxdilli öyrənmə trayektoriyaları təqdim edir və bunlar mentorluq, kouçinq, daxili sertifikatlaşdırma və layihə əsaslı öyrənmə ilə dəstəklənir.
Daxili proqramlarla yanaşı, holdinq fəaliyyət göstərdiyi ölkələrdə gələcək istedadların inkişafına da investisiya edir. Qwasar Silicon Valley ilə tərəfdaşlıq çərçivəsində yaradılmış Peerstack Academy layihə əsaslı yanaşma ilə full-stack proqramlaşdırma və rəqəmsal bacarıqlar üzrə təlimlər təqdim edir. PARLA Təqaüd və İnkişaf Proqramı isə əsasən STEM və biznes sahələrində karyera qurmaq istəyən tələbə qızlara təqaüdlər, mentorluq, təcrübə proqramları və peşəkar inkişaf imkanları ilə dəstəkləyir.
“NEQSOL Holding-də istedadların inkişafı birdəfəlik təşəbbüs deyil. Bu, əməkdaşlarımıza yönəlmiş davamlı öhdəlikdir,” deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. “Məlumatlara əsaslanan yanaşmanı, qabaqcıl öyrənmə texnologiyalarını və aparıcı beynəlxalq institutlarla tərəfdaşlıqları birləşdirərək, əməkdaşlarımızın gələcəyə hazır olmasını təmin edir və eyni zamanda biznes nəticələrinə birbaşa töhfə veririk.”
“Bu tanınma korporativ Akademiya komandamızın peşəkarlığının və fədakarlığının göstəricisidir,” – deyə NEQSOL Holding-də Təlim və inkişaf üzrə Rəhbər Dilara Cəfərli bildirib. “Bizim məqsədimiz liderlik bacarıqlarını gücləndirən, rəqəmsal transformasiyanı dəstəkləyən və təşkilatımızın uzunmüddətli dayanıqlığını artıran öyrənmə mühiti yaratmaqdır.”
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən və 20.000-dən çox əməkdaşı olan beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
21 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
52 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























