Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı. Xarici dövlət borcu 8 milyard 183 milyon manat (4 milyard 813,5 milyon dollar), daxili dövlət corcu isə 17 milyard 804,5 milyon manatdır.1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edib.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.
Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
- 21 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
- 3 saat əvvəl
-
14 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
14 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
14 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
15 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
15 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Demet Akalın Bakıda- "Abşeron Mall"da
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
Ən çox oxunanlar
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ












.jpg)









