Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi (PPK) sədr Fatih Karahanın rəhbərliyi ilə bu gün 2026-cı ilin ilk iclasını keçirərək uçot faiz dərəcəsi ilə bağlı qərarını ictimaiyyətə açıqlayacaq. Qərar ictimaiyyətə Bakı vaxtı ilə saat 15:00-da elan ediləcək.
Bazarlarda TCMB-nin bu gün əsas faiz dərəcəsində (uçot dərəcəsində) 150 baza bəndi faiz endirimi edəcəyi gözlənilir.
Marja xəbər verir ki, 2025-ci ilin dekabr ayında keçirilən son iclasda bir həftəlik repo hərrac faiz dərəcəsi (uçot dərəcəsi) 250 baza bəndi azaldılaraq 38 faizdən 35,5 faizə endirilmişdi.
İqtisadçılar yanvar ayında dəqiqləşən əməkhaqqı və pensiya artımlarının daxili tələbat və inflyasiya gözləntiləri üzərində mümkün təsirlərinin TCMB tərəfindən diqqətlə izlənildiyini vurğulayırlar.
Mərkəzi Bankın 2026-cı il üçün nəzərdə tutulan dezinflasiya trayektoriyasını qorumaq məqsədilə sərt pul siyasəti mövqeyini davam etdirib-etdirməyəcəyi bazarların əsas gündəm mövzuları sırasında yer alır.
Veriləcək mesajlar mühüm əhəmiyyət daşıyır
Faiz qərarı ilə yanaşı, Pul Siyasəti Komitəsinin qərar mətnində (press-relizində) yer alacaq mesajlar investorlar üçün daha mühüm hesab olunur. Likvidliyin idarə olunması, daxili tələbatda tarazlaşma prosesi və xidmət inflyasiyasında sərtlik mövzularına ediləcək vurğular ilin qalan hissəsinə dair pul siyasəti proqnozları baxımından ipucları verəcək.
Qlobal mərkəzi banklar da izlənilir
TCMB qərarı ilə paralel olaraq qlobal proseslər də yaxından izlənilir. ABŞ Mərkəzi Bankının (FED) və Avropa Mərkəzi Bankının (ECB) pul siyasəti addımları Türkiyəyə kapital axınları və valyuta məzənnəsinin sabitliyi baxımından əhəmiyyətini qoruyur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















