"DəmirBank" xidmətlərin satınalınması məqsədi ilə tender elan edir
"DəmirBank" ASC 2017-cı ildə aşağıda qeyd edilmiş xidmətlərin göstərilməsi məqsədilə tender elan edir:
- Lot 23. Virtual infrastruktur üçün lisenziyalarının alınması (Приобретение лицензий для виртуальной инфраструктуры).
- Lot 24. Məlumatların arxivləşdirilməsi üçün avadanlığın alınması (Приобретение устройства для архивирования данных).
İştirakçılar tenderdə iştirak etmək üçün 28 sentyabr 2017-ci il saat 18:00-dək aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün ərizə;
- Xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətləri (tələb olunduqda);
- Tender təklifi (əlavə edilmiş spesifikasiyaya uyğun təqdim olunmalıdır);
- Tender təklifini xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyət dövrü haqqında) bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış (bu sənəddə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar olmalıdır).
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
- İddiaçı fiziki şəxs olarsa fəaliyyətini əks etdirən sənədlərin (lisenziya, VÖEN, Şəxsiyyət vəsiqəsi və s.) surətləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
Tender təklifləri 28 sentyabr 2017-ci il tarixi saat 18:00-dək imzalanmış, ikiqat zərfə qoyulmuş, möhürlənmiş şəkildə AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi ünvanına təqdim edilməlidir.
Xidmətləri beynəlxalq standartların tələblərinə cavab verən, analoji işlərdə təcrübəsi, idarəetmə səriştəsi, peşəkarlığı texniki və maliyyə imkanları olan iddiaçılar tenderdə iştirak edə bilərlər.
İştirakçılar tender zərflərinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxslə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Mikayılova İradə.
Ünvan: AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi.
Telefon: +994 077 250 61 55; +994 12 444 71 71 (daxili 338)
Faks: +994 12 444 72 14.
Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan Respublikasının dövlət dilindədir. Lot üzrə təkliflərin əlavə olaraq Rus və İngilis dillərində də təqdim edilməsi uyğundur. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları ölkələrin dilində hazırladıqları təkliflərin Azərbaycan/Rus/İngilis dillərinə tərcümə olunmuş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnini əlavə etməlidirlər.
Təkliflərdə tender predmetini səciyyələndirən bütün zəruri parametrlər, o cümlədən işin icrasının texniki cəhətləri, dəyəri, vaxtı, yeri, idarəetmə qaydası, haqqın ödənilən forması və sair göstəricilər bildirilməlidir. İddiaçı tender predmeti olan işi necə icra edəcəyi barədə istənilən məlumatı öz təklifinə daxil edə bilər.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, xidmətlərin vaxtında çatdırılmsı yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Göstərilən meyarlar üzrə məlumatlar barədə sənədlər təqdim edilməlidir.
Tender təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü olmalıdır.
Tender iştirakçıları Lot üzrə əlavə məlumatı AZ1008, Baki şəhəri. Qarabağ küçəsi, 31 ünvanından və http://demirbank.az/xeberler/demirbank-asc-2017-ci-ilde-xidmetlerin-satinalinmasi-meqsedi-ile-tender-elan-edir/ saytından əldə edə bilərlər.
Tender komissiyası
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 2 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb




















