Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
(®) Geely M9 süni intellekt əsaslı idarətmə sistemləri, yüksək güc göstəriciləri və komfort yönümlü texnologiyaları ilə premium SUV seqmentində fərqli mövqe tutur. Model həm tam elektrik, həm də hibrid rejimlərdə uzunməsafəli və stabil idarəetmə imkanları təqdim edir.
Texniki göstəricilər
Geely M9 41.46 kWh batareya ilə 210 km tam elektrik yürüşü, hibrid sistemlə isə 1300 km-ə qədər maksimal məsafə təklif edir. Avtomobilin maksimal gücü 870 at gücü, ötürücüsü tam (4x4)-dür.
0-dan 100 km/s sürətlənmə 4.5 saniyə, maksimal sürət isə 210 km/s təşkil edir. Orta yanacaq sərfiyyatı 5.5 l/100 km-dir.
Ağıllı texnologiyalar
Model Magic Carpet aktiv pnevmatik asqı, CCD davamlı dəyişən amortizasiya sistemi, G-TCS, CBC və DTV idarəetmə texnologiyaları ilə təchiz olunub. “Waltz U-turn”, drift park etmə və enerji bərpa sistemi Geely M9-un texnoloji üstünlüklərini daha da artırır. Avtomobildə həmçinin 6 kW xarici AC enerji ötürmə və avtomobildən-avtomobilə enerji paylaşımı funksiyası mövcuddur.
Premium interyer
Geely M9-un salonunda elektrik tənzimlənən, isitmə və ventilyasiyalı, masaj funksiyalı oturacaqlar, üç zonalı avtomatik kondisioner, 50W naqilsiz şarj, 220V elektrik çıxışı və PM2.5 hava keyfiyyəti monitorinq sistemi yer alır. İkinci və üçüncü sıra oturacaqlar da tam komfort yönümlü elektrik funksiyalarla təchiz edilib.
Eksteryer və əlavə paket
Model futuristik “Star Ripple” ön işıq xətti, Matrix ADB fənərlər, ikili panoramik lyuk və Magic Carpet Star Chi paketi ilə təqdim olunur. Paketə 21 düymlük disklər, adaptiv sükan və xüsusi işıq texnologiyaları daxildir.
Geely M9 artıq Azərbaycanda premium SUV seqmentində süni intellekt, güc və komfortu bir araya gətirən yeni model kimi təqdim olunur.
Rəsmi zəmanət: 4 il və ya 100 000 km
Geely rəsmi satış və servis mərkəzi: Babək prospekti 35A
Əlaqə: *2299
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 12 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
49 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)
.jpg)









.jpg)




