Azercell yeni rouminq paketlərini istifadəyə verir
(®) “Azercell Telekom” MMC rouminq internet paketləri üzrə məhsul portfelini yeniləyir.
Abunəçilərin tələblərinə uyğun yenilənmiş paketlər rouminqdə internet xidmətindən daha sərfəli şərtlərlə istifadə imkanı təqdim edir. İndi ölkə hüdudlarından kənarda belə abunəçilər işlərini rahatlıqla idarə edə və yaxınları ilə fasiləsiz ünsiyyətdə qala bilər, bu da öz növbəsində onlar üçün səyahət təcrübəsini daha rahat və etibarlı edir.
Belə ki, yerli bazarda ən geniş rouminq şəbəkəsinə malik lider mobil operator 500 MB, 2 GB, 5 GB və 10GB həcmlik internet paketlərini istifadəyə verir.
Qısa müddətli xarici səfərlər üçün nəzərdə tutulmuş 500 MB həcmli rouminq paketi 3 gün müddətinə 10 AZN, 2 GB həcmli paket isə 10 gün müddətinə 25 AZN-ə təqdim olunur. Daha uzun müddət və daha geniş istifadə ehtiyacı olan abunəçilər üçün 30 günlük 5 GB həcmli paket 50 AZN, 10 GB həcmli paket isə 75 AZN-ə təklif olunur.
Qeyd edək ki, bu paketlərdən 100-dən çox ölkədə fəaliyyət göstərən 260 operatorun şəbəkəsində yararlanmaq mümkündür və bu siyahı mütəmadi olaraq yenilənir.
Paketlər barədə ətraflı məlumatı Azercell-in rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
21 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
33 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti































