Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Azərbaycan Respublikasının ən qədim şərabçılıq müəssisələrindən biri olan Göygöl Şərab Zavodu ölkə üzrə firma mağazalar şəbəkəsini genişləndirməkdə davam edir.
22 dekabr 2025-ci il tarixində müəssisənin 15-ci mağazası Xankəndi şəhərində rəsmi olaraq fəaliyyətə başlayıb.
Qeyd edək ki, yeni açılan mağaza Göygöl Şərab Zavodunun Qarabağda istifadəyə verilən ilk satış mağazası olmaqla yanaşı, regionun bütün ərazisinə xidmət göstərəcək.
Açılış mərasimində Xankəndi Şəhər İcra Hakimiyyətinin və Göygöl Şərab Zavodunun nümayəndələri iştirak etmişdir. Tədbirdə müəssisənin məhsulları təqdim edilmiş və istehsal prosesləri barədə məlumat verilmişdir.
Mağaza bölgə sakinlərinə Göygöl Şərab Zavodunun məhsullarını, birbaşa və geniş çeşiddə əldə etmək imkanı yaratmaqla yanaşı, regionda ticarət dövriyyəsinin və iqtisadi fəallığın artmasına töhfə verəcəkdir.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























