Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
“Kristal”ın “City Garden Narimanov” premium yaşayış kompleksində 36 ayadək faizsiz kreditlə tam təmirli mənzil sahibi olmaq imkanı davam edir.
Təhvilə yaxın və bünövrə mərhələdə təqdim olunan premium mənzillərdən bu gün seçim edərək həm büdcənizə uyğun ödəniş planı qurmaq, həm də şəhərin ən əlverişli nöqtələrindən birində yaşamaq imkanınız var. Bunun üçün satış ofisinə yaxınlaşa, əlavə məlumat üçün isə *1544 nömrəsinə zəng edə bilərsiniz.

“City Garden Narimanov”da mənzillər premium təmirli şəkildə təhvil verilir və təmir işlərində tanınmış brendlərin məhsullarından istifadə olunur. Mənzillərin döşəməsində Almaniya istehsalı HARO parketləri, elektrik açarlarında İtaliyanın GEWISS brendi, kabel sistemlərində İtaliya istehsalı Prysmian yanmayan kabelləri tətbiq edilir. Divarlarda Zambaiti Parati brendinin divar kağızları, hamam aksesuarlarında Almaniyanın GROHE brendi, sanitar və ümumi sahələrdə isə İtaliyanın Infinity brendinin keramoqranitlərindən istifadə olunur. Bu detallar layihənin premium standartını real keyfiyyətlə təsdiqləyir.

N.Nərimanov metro stansiyasından cəmi 5 dəqiqəlik məsafədə yerləşən bu meqa kompleksdə artıq abadlıq işləri yekunlaşmaq üzrədir və burada iaşə obyektləri, mall, oyun meydançaları, məktəb və bağça kimi gündəlik ehtiyacları qarşılayan infrastruktur formalaşaraq sakinlərə tam şəhər içi rahatlıq təmin edir.
Layihədə 57–170 m² aralığında 2, 3 və 4 otaq, eləcə də studiya mənzillər həm 36 ayadək faizsiz daxili kredit, həm də 20 ilədək ipoteka şərtləri ilə satışdadır.

“City Garden Narimanov”da mənzil planlamaları daha çox faydalı sahə təqdim edərək alıcıya real qənaət imkanı yaradır, tikinti isə müasir və etibarlı texnologiyalarla aparıldığı üçün bina həm təhlükəsizlik, həm də keyfiyyət baxımından seçilir. Premium pəncərələr, yüksək səviyyəli izolyasiya, müasir mühəndislik sistemləri və keyfiyyətli təmir materialları kompleksin ümumi standartını yüksəldir və “City Garden Narimanov”u yaşayış layihələri arasında fərqləndirir.
Faizsiz kreditlə premium mənzil sahibi olmaq fürsətini qaçırmayın, mənzillərlə tanış olmaq üçün layihənin Nərimanov rayonunda yerləşən satış ofisinə yaxınlaşa bilərsiniz.
Ətraflı: *1544 və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
3 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
4 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
5 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
5 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu























