Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Unicapital 17 dekabr tarixində AmCham tərəfindən təşkil olunan “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik” tədbirinin sponsoru olub.
Forum çərçivəsində maliyyə sektorunda baş verən sürətli dəyişikliklər, süni intellekt və müasir ticarət texnologiyalarının bazarları necə yenidən formalaşdırdığı müzakirə edilib. Həmçinin inklüzivliyin maliyyə xidmətlərindəki rolu gündəmə gətirilib.
Tədbirdə həm yerli, həm də xarici ekspertlər çıxış edərək fikirlərini paylaşıblar. Unicapital-ın Baş direktoru Vüqar Namazov isə forum çərçivəsində panel müzakirələrinə moderatorluq edərək, innovasiya və texnologiyaların investisiya xidmətlərinin inkişafına təsiri, o cümlədən inklüzivliyin sektordakı əhəmiyyəti mövzularını ön plana çıxarıb.
Unicapital maliyyə sektorunda innovasiyaların izlənməsi və qlobal təcrübələrin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu forum da sahə üzrə inkişafın təmin edilməsi məqsədini dəstəkləyən önəmli tədbirlərdən birinə çevrildi.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
22 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
34 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 38 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti





























