Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Qafqazın ən böyük avtomobil distribütor şirkəti olan Tegeta Motorsa Gürcüstan və geniş regionda avtomobil sənayesinin transformasiyasını dəstəkləmək məqsədilə 25 milyon avro kredit ayırır.
Marja.az xəbər verir ki, bu barədə AYİB məlumat yayıb.
Maliyyələşdirmə, Tegeta-nın Tbilisidə GEZI gömrük zonası yaxınlığında yeni xidmət mərkəzinin genişləndirilməsini dəstəkləyəcək. Tbilisi ətrafı yolda, Gürcüstanın Şərq-Qərb koridorunun əsas bağlantısı üzərində yerləşən obyekt, eyni anda 30-dan çox iri avtomobili xidmət göstərə biləcək və Tegeta-nın xidmət imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Tegeta layihəyə əlavə olaraq 7 milyon avro vəsait ayıracaq.
Kreditlə yanaşı, EBRD iki texniki əməkdaşlıq proqramı həyata keçirəcək: biri beynəlxalq standartlara uyğun peşə təhsili təşəbbüslərini inkişaf etdirmək üçün, digəri isə Tegeta Motors-un idarəetmə strukturlarını gücləndirmək məqsədilə geniş korporativ idarəetmə fəaliyyət planı yaratmaq üçün nəzərdə tutulub.
Müqavilə Tegeta-nın GEZI xidmət mərkəzində imzalanıb. İmzalama mərasimində EBRD-nin Qafqaz üzrə Regional Direktoru Alkis Vryenios Drakinos və Tegeta Motors-un baş icraçı direktoru Ekaterine Kavtaradze iştirak edib.
Hazırkı vaxta qədər EBRD Gürcüstanın maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 316 layihəyə 5,7 milyard avrodan çox sərmayə yatırıb. Bu investisiyaların 84%-i özəl sektorda həyata keçirilib.
Qeyd edək ki, Azərbaycanda “Tegeta Motors Baku” adlı şirkət də fəaliyyət göstərir. “Tegeta Motors Baku” Azərbaycanda “Bridgestone” şinlərinin rəsmi distribütorudur. Şirkət minik, yüngül kommersiya və yük avtomobilləri üçün geniş çeşiddə şinlər, həmçinin peşəkar texniki dəstək və servis xidməti təklif edir. “Tegeta Motors Baku” şirkəti texnikalar, sürtkü yağları, akkumulyator, ehtiyat hissələri, servis avadanlıqları və digər məhsulları da təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
-
21 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
31 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
52 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























