Azərbaycanda inflyasiyanın artım tempi aşağı düşüb
Azərbaycanda qiymətlərin illik artım tempi 5,9 faizdən 5,5 faizə geriləyib.Dövlət Statistika Komitəsi İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin noyabr ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8,2 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artmışdı. Beləliklə, Azərbaycanda illik inflyasiyanın artım tempi 5,9%-dən 5,5%-ə düşüb.
2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz yüksəlib. 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz yüksəlmişdi.
2025-ci ilin noyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin noyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artmışdır. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibb, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
20 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
32 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 36 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti






























