SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edib.
Tədbirdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin kimi ölkələrlə yanaşı, Azərbaycanla da birgə həyata keçirdiyi layihələr telekörpü vasitəsilə təqdim edilib.
Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb.
Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib.
Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgəəməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”
Nazir onu da əlavə edib ki, daha bir strateji və regional əhəmiyyətli layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan və Qazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdə Azərbaycanın tranzit rolu əsasında genişlənərək Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin ötürülməsi üçün yeni imkanlar yaradacaq.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistanda yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” “və Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 10 d. əvvəl
-
- 31 d. əvvəl
-
49 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
59 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı























