Vətəndaşdan məktub var: Boş şeydi deyib, keçməyin!
Bu yazını elə özüm nəql edirəm. Ümid edirəm ki, bu məqaləm mediada paylaşılar və hər kəs bundan xəbərdar olar.
Mən Gülzar Həsənli, 29 yaşım var. Yaşıma fikir verməyin, görünüş olaraq yaşadıqlarıma görə çox yaş vermək olar.
Həyat yoldaşımı çox sevirdim, elə sevərək də ailə qurmuşduq. Evliliyimizin 1-ci ilində xəyalımızda olan evi tapdıq, gənc cütlük olaraq evi sərfəli şərtlərlə ipoteka krediti ilə götürdük.
Yoldaşım Salman karyerasında uğur qazanmış birisi idi. Məsuliyyətli idi, hətta gecələr də evdən işləyərdi. Mən isə ana olduqdan sonra karyerama fasilə vermişdim. Bilmirəm, bəlkə də yoldaşıma çox güvəndiyim üçün işləmək istəmirdim.
Evi ipoteka götürərkən, bank bizə “İpoteka Həyat Sığortası” təklif etmişdi. Mən həyata pozitiv yanaşan biriyəm, belə şeylərə əlavə xərc kimi baxırdım. Düzdü, ipoteka ilə mənzil alarkən bu sığorta növü məcburidir. Salman isə məndən fərqli olaraq, hər şeyi sığortalı etməyin tərəfdarı idi. “Birdən nəsə olar”, “Hər ehtimala sığortalı olaq” – həmişə belə düşünürdü.
Salmanın işində davamlı olaraq səyahət etməsi lazım idi, mən isə çox zaman qızımla evdə tək qalırdım. Bu səbəbdən, Salmana mənzilin sığortalı olması güvən verirdi.
Bir gün Salman iş səyahəti üçün hava limanına gedərkən taleyin qəribə bir oyunu baş verdi. O, yol qəzasında həyatını itirdi. Avtomobil sağ tərəfdən güclü zərbə aldığı üçün Salman elə yerindəcə dünyasını dəyişmişdi. Salmanın yoxluğu hər tərəfdən məni dərin bir boşluğa salmışdı.
İtkidən sonra heç mənzilin sığortalı olduğu ağlıma da gəlmirdi. Məbləğ hədsiz dərəcədə çox idi, bir neçə ayı bağlamaq üçün mən zinyət əşyalarımın bir hissəsini satmağı düşünürdüm. Amma bu həyat sığortası elə bir gündə, elə bir vəziyyətdə mənə dəstək oldu ki, bunun sözlə ifadəsi çətindir. Mənzilimizin qalan kredit borcunu həyat sığortası öz üzərinə götürdü.
Həmin dövrlərdə fikirlərim qarışıq idi, son zamanlar yaddaş problemi də yaşayırdım. Həyat sığortası şirkəti tərəfindən proseslərin necə getdiyini tam xatırlamıram, amma onu bilirəm ki, çox az bir müddətdə ipoteka kreditimiz şirkət tərəfindən ödənildi.
İpoteka krediti götürən bütün şəxslərdən bu həyat sığortasına önəm vermələrini rica edirəm. Boş şeydir deyib keçməyin, bəlkə də bu sizin həyat xilaskarınızdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
31 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi












.jpg)






