Şirkət kənd təsərrüfatı texnika və avadanlıqlarını satır
Satış paketi həm böyük təsərrüfatlar, həm də fərdi fermerlər üçün istehsal gücünü artırmaq, sahə işlərini mexanikləşdirmək və əməliyyat xərclərini optimallaşdırmaq baxımından real imkan yaradır.(®) "Prime Cotton" şirkəti istehsal və təsərrüfat fəaliyyətinin optimallaşdırılması çərçivəsində Kürdəmir rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı texnika, aqreqat və su nasoslarını satışa çıxarır.
Satışa çıxarılan avadanlıqlar təsərrüfat işlərinin yüksək məhsuldarlıqla aparılması üçün istifadə olunmuş, funksional və texniki baxış üçün əlçatan vəziyyətdədir.
Ümumi olaraq 470 adda texnika və avadanlıq satışa təqdim edilir. Bu satış paketi həm böyük təsərrüfatlar, həm də fərdi fermerlər üçün istehsal gücünü artırmaq, sahə işlərini mexanikləşdirmək və əməliyyat xərclərini optimallaşdırmaq baxımından real imkan yaradır.
Satışa çıxarılan avadanlıqların əsas kateqoriyaları:
1. Traktorlar (MTZ)
2. Kombaynlar (Case 420)
3. Qoşqular (2PTS)
4. Çiləyicilər – Dərmançiləyici asma qollu CAN 1000-16
5. Kotanlar
6. Malalar
7. Su nasosları
8. Çöp doğrayanlar
9. Kanal açanlar
10. Gübrəsəpənlər
11. Çiyidsəpənlər və kultivatorlar
"Prime Cotton" tərəfindən satışa çıxarılan bu texnikalar kənd təsərrüfatı dövriyyəsinin bütün əsas mərhələlərini – torpaq hazırlığı, səpin, becərmə, bitki mühafizəsi, məhsul yığımı və suvarmanı – kompleks şəkildə təmin etməyə imkan verən avadanlıq qrupudur.
Avadanlıqlar üçün əvvəlcədən sabit satış qiyməti müəyyən edilməyib. Prime Cotton satınalma ilə maraqlanan tərəflərə qiymət təkliflərini sərbəst şəkildə təqdim etmək imkanı yaradır. Təkliflər rəsmi elektron forma vasitəsilə qəbul olunur.
Qiymət təklifi göndərmək üçün link: https://forms.gle/c26kSdn21vyeK6f4A
Təkliflərin dəyərləndirilməsi şəffaf prosedur əsasında aparılacaq.
Əlavə məlumat, yerində baxış və texniki detallar üzrə: Emin Mehdiyev
Telefon: +994 10 230 30 05
Prime Cotton bütün maraqlı tərəfləri satış prosesində fəal iştiraka dəvət edir və əməkdaşlığa açıq olduğunu bildirir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
12 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
17 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















