Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Avropa Birliyi (AB) ölkələrində Tesla avtomobillərinin satışı, oktyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 48% azalıb. Tesla satışındakı azalma ardıcıl 10-cu aydır davam edib.
Marja xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Avropa ölkələrinin yanvar-oktyabr dövrünə aid yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
Məlumata görə, ABŞ-lı milyarder Elon Musk-a məxsus Tesla şirkətinin avtomobil satışları Avropa Birliyi ölkələrində azalmağa davam edib. Keçən ilin oktyabr ayında 10 min 867 olan Tesla satışları, bu ilin eyni dövründə 5 min 647-ə düşüb. Beləliklə, AB bazarında Tesla satışları oktyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 48% azalıb.
Markanın oktyabr ayında AB-dəki ümumi yeni avtomobil satışlarındakı payı da 1,3%-dən 0,6%-a düşüb.
Tesla-nın AB ölkələrində yanvar-oktyabr dövründəki satışı keçən ilin eyni dövrü ilə müqayisədə 39,2% azalıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Keçən ilin 10 ayında 192 min olan satış bu il 117 min səviyyəsində qalıb
Keçən il yanvar-oktyabr dövründə AB ölkələrində 192 min 439 olan Tesla satışları, bu ilin eyni dövründə 117 min səviyyəsində qalıb. Bu dövrdə şirkətin AB bazarındakı ümumi payı da 2,2%-dən 1,3%-ə düşüb.
AB-yə üzv ölkələr, Avropa Azad Ticarət Birliyinə üzv İsveçrə, Norveç və İslandiya ilə İngiltərə daxil olmaqla Tesla satışları, oktyabrda keçən ilin eyni ayı ilə müqayisədə 48,5% azalaraq 6 min 964-ə, yanvar-oktyabr dövründə isə 29,6% geriləyərək 180 min 688-ə düşüb.
Tesla-nın Avropa ölkələrindəki satışları bu ilin əvvəllərindən etibarən azalmaqdadır.
Musk-ın uzun müddət ABŞ Prezidenti Donald Tramp ilə yaxın əməkdaşlığı, nümayiş etdirdiyi mübahisəli davranışlar və Avropa ölkələrində sağçı siyasətçilərə açıq dəstəyi, avropalıların şirkətlə əlaqələrinə məsafə qoymasına səbəb olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
30 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
51 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























