ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
Noyabrın 25-də “Agile Azərbaycan” Beynəlxalq Sammiti başlanır. “Sabahı formalaşdırmaq: təsir üçün çeviklik, süni intellekt və data!” devizi altında keçiriləcək tədbirdə Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a, süni intellektə və data texnologiyalarına maraq göstərən hər kəs bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edən, eyni zamanda süni intellekt və data texnologiyalarından da geniş şəkildə faydalanan ABB sammitin əsas tərəfdaşıdır.
Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaq, həmçinin süni intellekt və data texnologiyaları ilə bağlı təcrübələri paylaşmaqdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır.
Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər Agile, süni intellekt və data sahəsində ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni bölüşəcəklər. Tədbirdə ABB-nin son illər müvafiq sahələrdə əldə etdiyi təcrübə barədə də ətraflı məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 800-dən çox əməkdaşın çalışdığı 23 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir.
Son illərdə Bank bu metodologiya əsasında 100-dən çox rəqəmsal məhsul təqdim edib, 80-dən çox süni intellekt modelini işə salıb, bununla həm əməliyyat səmərəliliyinə, həm müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Bankın yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb edilir, bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.
Agile iş tərzinə keçiddən sonra Bank son 3 ildə məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə endirib. ABB-də müştəri məmnuniyyəti göstəricisi (NPS) 76.9-a, işçi məmnunluğu səviyyəsi 84.2-ə yüksəlib.
Son 3 ildə ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modeli tətbiq edib, bu modellər Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 41 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı

























