"Təfəkkür" universitetindən Şok bəyanat - "Nazirliyin işlərdir"
Təfəkkür Universiteti fəaliyyətinin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin rəsmisinin verdiyi açıqlamaya münasibət bildirib. Universitetdən daxil olan məlumata görə, Təfəkkür universitetinin fəaliyyətinin dayandırılması barədə Təsisçilər Şurasının heç bir qərarı olmayıb:
"Təsisçilərdən birinin universitetin fəaliyyəti barədə müraciətinin heç bir hüquqi əsası yoxdur. Universitetin yeni təsisçiləri bu barədə dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə də bildirmiş və kollektivin arzusunu və xahişini nəzərə alaraq universitetin fəaliyyətinin davam etdirilməsinə qərar vermiş və müvafiq vəsadət qaldırmışlar. Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən verilmiş universitetin hüquqi fəaliyyətinə əsas verən sənədin (Lisenziya) müddəti 2020-ci ilin aprelinə qədərdir və hal-hazırda da qüvvədədir.
Universitetin akkreditasiya müddətinin bitməsinə gəldikdə isə bu məsələ Nazirlər Kabinetinin akkreditasiya ilə bağlı 28.09.2010-cu il tarixli 167 saylı qərarına riayət olunmaqla həyata keçirilməlidir, yəni təkrar akkreditasiya mütləq təyin olunmalıdır. Məlumat üçün bildiririk ki, təkrar akkreditasiyanın keçirilməməsinə universitet məsuliyyət daşımır və bunun bizdə oxuyan tələbələrə heç bir aidiyyatı yoxdur. Çünki, universitetdə hal-hazırda təhsil alan tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən universitetə qəbul edildikləri vaxt, universitetin akkreditasiya sertifikatının müddəti qüvvədə olmuşdur. Ona görə Təfəkkür universitetində oxuyan tələbələrə diplom verilməyəcək fikri – əsassızdır. Nəzərə almaq lazımdır ki, müsahibəni tək tələbə və valideynləri yox, təhsili yaxşı bilən insanlarda oxuyurlar.
Tələbələrimizin digər ali məktəblərə köçürülməsinə gəldikdə isə, məlumatda bizim 190 tələbənin başqa universitetlərə köçürülməsi göstərilir. Bu tələbələrdən heç biri köçürülmə ilə bağlı universitetdən sənəd almadığından bu sayı Sizdən eşidirik. Halbuki, Təhsil Nazirliyinin tələbələrin digər təhsil müəssisələrinə köçürülmələri ilə bağlı Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı qərarı ilə, Təhsil Nazirliyinin 24 iyul 2017-ci il tarixli 212 saylı əmri ilə təsdiq olunmuş qaydaların 2.6 bəndinə əsasən tələbə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət edərkən, təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd – akademik transkripti, universitetə qəbul olunarkən topladığı bal , təhsil haqqı borcunun olmaması və s. kimi sənədlər təqdim etməklə, ərizəsi qəbul edilməlidir. Köçürülmələrlə bağlı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş qaydaların 2.7 bəndində qeyd edilir ki, tələbə tərəfindən təqdim olunan yuxarıda göstərilən sənədlər Təhsil Nazirliyində yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Bu belədirsə, onda 190 nəfər tələbə universitetdən heç bir sənəd götürüb Nazirliyə təqdim etmədiyi halda, hansı əsasla başqa universitetlərə köçürülür?
Hesab edirik ki, Nazirlik əmrdə yuxarıda qeyd olunan tələblərin kim tərəfindən pozulduğunu araşdırıb, müvafiq tədbir görəcək. Nazirliyin köçürülmələrlə bağlı təsdiq etdiyi qaydaların 1.4 bəndində konkret olaraq qeyd olunur ki, tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir. Müsahibədə isə qeyd olunur ki, Təfəkkür universitetinin tələbələrinin köçürülməsinə əlavə vaxt verilir. Nə səbəbdən?
Qeyd olunanların hamısı məqsədyönlü şəkildə Nazirliyin bəzi əməkdaşlarının apardığı işlərdir ki, tələbə və valideynlər caşqınlığa düşərək, başqa universitetlərə keçsinlər. “Təfəkkür universiteti bağlanıb, və ya bağlanır, sizə diplom verilməyəcək, tez saytımıza müraciət edin, başqa heç bir sənəd istəmirik, ərizə kifayətdir və s.”
Bu yazılar onlarla tələbələrimizin bizə ərizə ilə müraciətlərindən götürülüb. Onlar başqa universitetlərə keçmək istəmirlər, lakin aparılan təbliğat tələbələri və valideynləri çaşqınlığa salıbdır. Qeyd olunanlarla bağlı nazirliyin bəzi əməkdaşlarının hərəkətləri barədə biz 11.08.2017-ci ildə Təhsil Nazirliyinə və 17.08.2017-ci ildə Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə müraciət etmişik.
Keçmiş təsisçilərdən birinin universitetin fəaliyyətinin dayandırılması ilə əlaqədar Təhsil Nazirliyinə göndərilən heç bir hüquqi əsası olmayan məktubuna əsasən nazirlik universitetin fəaliyyətinin dayandırılması, təkrar akkreditasiyadan keçirilməməsi, tələbələrin digər ali məktəblərə köçürülməsi və s. məsələlər barədə verdiyi 15.11.2016-cı il tarixli 724 saylı və 12.01.2017-ci il tarixli 16 saylı əmrlərin icrası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21 iyul 2017-ci il tarixli Qərardadı ilə dayandırılmışdır və bu Qərardad Bakı Şəhər Apellyasiya Məhkəməsinin 14.09.2017-ci il tarixli Qərardadı ilə qüvvədə saxlanılıb. Bununla əlaqədar hal-hazırda tələbələrimizin digər ali təhsil müəssisələrinə köçürülmələri qanunsuzdur. Bütün hallarda məhkəmənin qərarlarına hörmətlə yanaşılmalıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən Məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası hamı üçün mütləqdir və məcburidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
22 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
34 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 38 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti































