Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
Azərbaycanın dövlət borcu 2026-cı ildə yenidən 27 milyard manat səviyyəsini keçəcək. Azərbaycanın dövlət borcunun 2025-ci ilin sonunda 25 milyard 404.1 milyon manat, 2026-cı ilin sonunda 27 milyard 51.7 milyon manata çatacağı gözlənilir. 2024-cü ilin sonunda Azərbaycanın dövlət borcu 27 milyard 380.2 milyon mnata təşkil etmişdi.Azərbaycanın dövlət borcu 2025-ci ildə azalacaq, 2026-da yenidən artım gözlənilir.
Marja.az "2024-2026-cı illər üzrə dövlət borcu ilə bağlı göstəricilər"ə istinadən xəbər verir ki, dövlət borcu və xidmət xərclərində növbəti iki ildə dəyişikliklər müşahidə olunacaq.
Rəqəmlərə əsasən, 2025-ci ildə dövlət borcu 1 milyard 976,1 milyon manat azalaraq 25 milyard 404,1 milyon manata enəcək. Lakin 2026-cı ildə borcun yenidən 27 milyard 51,7 milyon manata yüksələcəyi proqnozlaşdırılır.
Xalis borclanma mənfiyə düşür
2025-ci ildə xalis birbaşa dövlət borclanmasının -1 milyard 976,1 milyon manat olacağı gözlənilir. Bu isə dövlətin həmin dövrdə yeni borc cəlb etməkdən daha çox mövcud borcları qaytarmağı planlaşdırdığını göstərir. 2026-cı ildə isə bu göstəricinin yenidən 1 milyard 647,6 milyon manat səviyyəsində müsbət olacağı proqnozlaşdırılır.
Borc xidmət xərcləri əhəmiyyətli dərəcədə artır
Dövlət borcuna xidmət xərcləri üzrə proqnozlar artım tendensiyasını təsdiqləyir. 2024-cü ildə bu məqsədlə 1 milyard 295,6 milyon manat xərclənmişdisə, 2025-ci ildə bu rəqəmin 2 milyard 399,6 milyon manata, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manata yüksələcəyi bildirilir.
Bu dinamika yaxın illərdə borc öhdəliklərinin dövlət büdcəsinə düşən maliyyə yükünün əhəmiyyətli dərəcədə artacağını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























