Porsche-nin Çində satışları kəskin azalıb - Qlobal satış son 3 ilin ən aşağı səviyyəsindədir
Porsche-nin qlobal avtomobil satışı bu ilin yanvar–sentyabr dövründə Çin və Avropada tələbatın azalması fonunda 6% geriləyib.
Marja xəbər verir ki, Almaniyanın avtomobil nəhəngi Volkswagen qrupuna daxil olan Porsche, ilin ilk doqquz ayına dair satış nəticələrini açıqlayıb. Şirkətin məlumatına görə, bu dövrdə qlobal avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 212 min 509 ədəd təşkil edib.
Çin bazarında isə daha ciddi geriləmə müşahidə olunub – Porsche-nin bu ölkədə satışları 26% azaldaraq 32 min 195 avtomobilə endirib. Şirkətin açıqlamasında qeyd olunub ki, bu azalmanın əsas səbəbləri sırasına xüsusilə lüks seqmentdə çətin bazar şəraiti və Çin bazarındakı kəskin rəqabətdir.
Porsche-nin Çində satışları ümumi qlobal satışın təxminən 15%-ni təşkil edir. Şirkət Avropa İttifaqı (Aİ) ilə Çin arasında artan gömrük rüsumları gərginliyindən də mənfi təsir görür.
Digər regionlarda fərqli dinamika müşahidə olunub. Şimali Amerikada satışlar ötən ilin eyni dövrünə nisbətən 5% artaraq 64 min 446 ədəd, Almaniyada isə 16% azalaraq 22 min 492 ədəd olub. Almaniya xaricindəki Avropa bazarlarında satışlar 4% azalaraq 50 min 286 avtomobilə enib.
Tamamilə ixracata əsaslanan Porsche, zəif tələbat, Çin kimi əsas bazarlarda artan rəqabət və ABŞ-ın gömrük tariflərini artırması səbəbindən ötən ay bu ilə dair satış proqnozlarını aşağı saldığını açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























