Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank sektoru depozitlərin hesabına böyüyüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektoru depozitlərin hesabına böyüyüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank sektorunun aktiv və öhdəliklərinin dinamikası Bank sektorunun balansı genişlənməkdə davam edir. 2025-ci ilin ilk 6 ayı ərzində bank sektorunun cəmi aktivləri 7% (3.74 mlrd. manat) artaraq 56.7 mlrd. manat təşkil etmişdir.

Marja.az-ın məlumatına görə, hesabatda 1-ci yarımildə bank sisteminin kreditləşmə fəaliyyəti barə məlumatlar da yer alıb.

Reklam_3_11

Qeyd edib ki, cəmi öhdəlikləri isə 7.3% (3.41 mlrd. manat) artaraq 49.8 mlrd. manat təşkil etmişdir. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 3.7 f.b. artaraq 45.7%-ə çatmışdır.

Balansın genişlənməsinin əsas səbəbi Maliyyə Nazirliyinin depozit əməliyyatları və fiziki şəxslərin müddətli depozitlərinin artımı olmuşdur. 2025-ci ilk yarısına olan məlumatlara əsasən bank sektorunun aktivlərinin 47%-ni xalis kredit portfeli, 28%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlərdən ibarətdir. Həmçinin, aktivlərin 18%-i qiymətli kağızlardan ibarətdir. Öhdəliklərin isə 45%-i hüquqi şəxslərin depozitləri, 30%-i fiziki şəxslərin əmanətləri, 6%-i mərkəzi idarəetmə orqanlarının depozit və kreditləri, 14%-i digər maliyyə institutları qarşısında öhdəliklər, 5%-i isə digər öhdəliklərdən ibarətdir.

Bank sistemində təmərküzləşmə

Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər artım olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin ilk yarısına kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 6 vahid azalaarq 1201 təşkil etmişdir. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 8 vahid azalaraq 1645 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 5 vahid artaraq 1480 təşkil etmişdir. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır. 

Bank sektoru üzrə cəlb olunmuş resurslar

Əlavə edilib ki, sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma olsa da, fiziki şəxslərin depozitlərində artım müşahidə edilmişdir. 2025-ci ilin ilk yarımili ərzində hüquqi şəxslərin depozitləri 4.7% (1.1 mlrd. manat) azalaraq 22.3 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 5.3% (0.76 mlrd. manat) artaraq 15.1 mlrd. manat təşkil etmişdir. Nəticədə 2025-ci ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 5.7 f.b. azalaraq 44.8%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 30.2% olmuşdur. Qeyd etmək lazımdır ki, fiziki şəxslər üzrə depozitlərin artımı müddətli depozitlərin artımı hesabına olsa da, hüquqi şəxslər üzrə depozitlərin azalması həm müddətli, həm də tələbli depozitlərin azalması hesabına baş vermişdir. Təhlillər, hüquqi şəxslərin depozitlərində azalmanın əsaəsn neft-qaz sənayesində fəaliyyət göstərən iri təşkilatların əməliyyatları hesabına baş verdiyini göstərir. 

Fiziki şəxslərin müddətli əmanətlərində müşahidə olunan artım bank sektorunun dayanıqlı maliyyələşməsini dəstəkləyir. Fiziki şəxslərin müddətli depozitləri cari il ərzində 9.4% (0.81 mlrd. manat) artaraq 9.4 mlrd. manat təşkil etmiş, tələbli depozitləri isə müvafiq dövr ərzində 0.8% (0.05 mlrd. manat) azalaraq 5.65 mlrd. manat olmuşdur. Bank sektoruna inamın artımı, həyata keçirilən yeni monetar və makroprudensial siyasət çərçivələri, o cümlədən rəqəmsallaşmanın artımı fonunda müddətli depozit portfelində unikal əmanətçilərin sayı ötən ilin sonu ilə müqayisədə 11.7% artaraq 168.1 min nəfərə çatmışdır. FŞ müddətli depozitlərin artımı maliyyələşmə mənbələrinin dayanıqlığını artırmaqla yanaşı, uzunmüddətli maliyyələşmənin təmin olunmasında mühüm rol oynayır.

 Bank sisteminin kreditləşmə fəaliyyəti

Kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorunun kredit portfeli 12% artaraq 28.5 mlrd. manata çatmışdır. 2025-ci ilin ilk yarımilində kredit portfelinin artım tempi 3.6% təşkil etmişdir. Son illər müşahidə olunan kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunsa da, portfelin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir. Sektor üzrə 18 bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır, 13 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olmuşdur. 7 bankda artım 15%-dən yüksək olmuşdur. Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir.

İş elanları AzVak.az-da

06.10.2025 09:26
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18