Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
Kredit portfelinin artım tempində azalma müşahidə olunsa da, portfelin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir
Mərkəzi Bank 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.
Marja.az-ın məlumatına görə, hesabatda 1-ci yarımildə bank sisteminin kreditləşmə fəaliyyəti barə məlumatlar da yer alıb.
Qeyd edilib ki, kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorunun kredit portfeli 12% artaraq 28.5 mlrd. manata çatmışdır. 2025-ci ilin ilk yarımilində kredit portfelinin artım tempi 3.6% təşkil etmişdir. Son illər müşahidə olunan kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunsa da, portfelin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%) üstələməkdə davam edir. Sektor üzrə 18 bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır, 13 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olmuşdur. 7 bankda artım 15%-dən yüksək olmuşdur. Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir.
Kredit portfelinin artımı həm biznes, həm istehlak, həm də ipoteka portfeli üzrə baş verir. İlin əvvəli ilə müqayisədə biznes kreditləri 2.4% (356 mln. manat) artaraq 15.1 mlrd. manat, istehlak kreditləri 5.4% (453 mln. manat) artaraq 8.9 mlrd. manat, ipoteka portfeli isə 4.3% (185 mln. manat) artaraq 4.4 mlrd. manat olmuşdur.
İstehlak portfelinin artım dinamikası diqqətdə saxlanılmaqdadır. Mərkəzi Bankın həyata keçirdiyi makroprudensial siyasət istehlak portfelinin dayanıqlı artımı və əhalinin sağlam borclanmasına yönəlmişdir. Bu məqsədlə 2022-ci ildən həyata keçirilən istehlak kreditləşməsi üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi nəticəsində istehlak kredit portfeli üzrə müşahidə olunan intensiv artım dinamikası sabitləşmişdir. 2025-ci ilin I yarısında istehlak portfelinin illik artım tempi 16.6% olmuşdur (tənzimləyici çərçivənin dəyişməsindən öncə istehlak portfeli üzrə illik artım tempi 32% ətrafında olmuşdur). Mərkəzi Bank istehlak kreditləşməsinin dinamikası və əhalinin izafi borclanması üzrə qiymətləndirmələrini və bu istiqamətdə requlyativ çərçivənin daha da təkmilləşdirilməsi üzrə fəaliyyətini davam etdirir
İstehlak kreditləşməsinin əsas drayverlərindən biri də kredit kartlarıdır. Son dövrlər istehlak krediti seqmentində kredit kartları üzrə yüksək artım tempi müşahidə olunur. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit kartlarının istifadə olunmuş hissəsi 60% artaraq 1.7 mlrd. manata, istifadə olunmamış hissəsi isə 64% artaraq 2 mlrd. manata çatmışdır. İstehlak kredit kartlarının pro-tsiklik xüsusiyyəti sistem risklərini artıran amil kimi çıxış etməklə yanaşı, maliyyə sistemi üzrə bir sıra risklər yaradır. Əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığını təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən istehlak kredit kartları üzrə requlyativ çərçivəyə dəyişiklik edilmişdir. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılmışdır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını müəyyən etdikdə borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək.
İpoteka kreditləşməsində stabil artım dinamikası müşahidə olunur. 2025-ci ilin I yarımilliyində ipoteka portfeli illik əsasda 13% artaraq 4.43 mlrd. manat olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 509.3 mln manat olmuşdur ki, bu artımın 258 mln. manat (artımın 51%-i) olan hissəsi dövlət ipotekası proqramı, 251.3 mln. manat (artımın 49%-i) olan hissəsi isə bankların daxili ipoteka proqramı vasitəsilə olmuşdur. Hazırda, dövlət hesabına verilmiş ipoteka ümumi ipoteka portfelinin 55.4%-ni (2.45 mlrd. manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka məbləği isə portfelin 44.6%-ni (1.98 mlrd. manat) təşkil edir.
Biznes kreditləri üzrə artım əsasən informasiya və rabitə, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə baş vermişdir. 2025-ci ilin iyun ayının sonuna biznes portfeli illik əsasda 9.1% (1.27 mlrd. manat) artaraq 15.14 mlrd. manata çatmışdır. Qeyri-istehsalat və xidmət sahələri üzrə 326 mln. manat (14.4%), kənd təsərrüfatı üzrə 269 mln. manat (17.4%), ticarət müəssisələri üzrə isə 249 mln. manat (6.2%) artım qeydə alınmışdır. Biznes kreditləri portfelində ən böyük payı ticarət müəssisələrinə verilmiş kreditlər təşkil edir və bu, ümumi portfelin 28.1%-ni (4.25 mlrd. Manat) təşkil edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 41 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 57 d. əvvəl
-
1 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
