Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTO
(®) GWM avtomobillərinin Azərbaycandakı rəsmi distribyutoru “Azerbaijan Automobiles” ASC əfsanəvi Haval H6 krossoverinin dərin restaylinqdən keçmiş və texnoloji yeniliklərlə təchiz edilmiş yeni versiyasının satışa çıxdığını elan edib.
Əsas yeniliklərdən biri səsli idarəetmə sisteminin tətbiqidir.
Bununla yanaşı, modelin qiyməti dəyişməz qalıb — 45 900 AZN-dən başlayaraq.
Müasir texnologiyalar və qənaətcil performans
Yeni Haval H6 hibrid güc qurğusu ilə təchiz olunub:
• 1,5 litrlik turbo benzin mühərriki
• SVolt istehsalı yüksək effektiv batareya
• Ümumi güc: 243 a.g., fırlanma anı: 530 Nm
İntellektual DHT (Dedicated Hybrid Transmission) transmissiyası elektrik, hibrid və benzin rejimləri arasında hamar keçid təmin edir. Yanacaq sərfiyyatı 100 km-ə 5,2 litr. Avtomobil AI-92 və daha yüksək oktanlı benzinlə işləyə bilir.
Model innovativ L.E.M.O.N. platformasında qurulub ki, bu da yüngül konstruksiya, yüksək təhlükəsizlik və möhkəmlik təmin edir.
Dizayn və təchizat
Yenilənmiş Haval H6 aşağıdakı dəyişikliklərə malikdir:
• böyüdülmüş kuzov uzunluğu
• yenilənmiş ön və arxa işıq optikası
• yeni radiator barmaqlığı və bamperlər
• interyer və eksteryer üçün yeni rəng variantları
• daha rahat tutumlu sükan çarxı
GWM-in yeni loqosu

Salon yenilikləri:
• yeni ötürücü seçici qolu
• 14,6 düymlük böyüdülmüş multimedia ekranı
• təkmilləşdirilmiş cihaz paneli və mərkəzi tunel
• 50 Vt gücündə havalandırmalı simsiz telefon enerjiləndirici
• sürücü oturacağı üçün üç yaddaş rejimli “memory” paketi
• Android Auto və Apple CarPlay-ə simsiz qoşulma

Ağıllı funksiyalar
Yenilənmiş proqram təminatı səsli idarəetmə funksiyasını dəstəkləyir. Bu sayədə sürücü yolda diqqətini yayındırmadan avtomobilin bir çox funksiyasına nəzarət edə bilir.
Funksiya Azərbaycana rəsmi gətirilən bütün avtomobillərdə mövcuddur.
Zəmanət və satış şərtləri
“Azerbaijan Automobiles” ASC müştərilər üçün əlverişli şərtlər təklif edir:
• ilkin ödəniş — 10%-dən başlayaraq
• kredit və ya lizinq müddəti — 60 ayadək
• hibrid xətt üçün zəmanət: 8 il və ya 160 000 km
Əlaqə və test-yürüşü:
Ünvan: Bakı ş., Babək prospekti 282
Telefon: *7999 / +994 55 678 24 24
WhatsApp: +994 55 678 24 24
Sayt: haval.gwm.az
Test-sürüş üçün qeydiyyat: gwm.az/test-drive
Haval H6 — Azərbaycanda rahat və təhlükəsiz sürüş üçün müasir texnologiyaların, yüksək təhlükəsizlik səviyyəsinin və cəlbedici qiymətin ideal vəhdəti.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
44 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
45 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 53 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























