Bakıda “BYD” ilə müzakirələr aparılıb
Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər və qarşıdakı dövr üçün hədəflər müzakirə edilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “BYD” şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş meneceri Tien Çunlon ilə görüşüb.
Bildirilib ki, son illərdə Azərbaycan və Çin arasında əməkdaşlıq sürətlə inkişaf edib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan bir sıra mühüm saziş və memorandumlar, o cümlədən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əməkdaşlıq üçün geniş perspektivlər açır. Vurğulanıb ki, Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi sərmayə layihələri, eləcə də “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əlaqələr regional inteqrasiyanın güclənməsinə töhfə verir.
Görüşdə ölkəmizin iqtisadi prioritetlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər, ölkənin sənaye potensialının gücləndirilməsi, “yaşıl” texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə tərəfdaşlıq üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində önəmi vurğulanıb. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər və qarşıdakı dövr üçün hədəflər nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
53 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
57 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





