18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küçəsi), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı və Cibir kəndi – Qusar avtovağzalı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Marja.az AYNA-ya istinadən xəbər verir.
Qalib şəxslər aşağıdakılardır:
Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi) marşrutları üzrə hüquqi şəxslər “Xoşqədəmli” MMC və "Uğurlu yol" MMC;
Bakı-Bərdə və Bakı-Mingəçevir marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC;
Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
Bərdə-Gəncə marşrutu üzrə fiziki şəxs Məmmədov Feruz Məlik oğlu
Göyçay-Mingəçevir marşrutu üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu;
Oğuz-Gəncə marşrutu üzrə fiziki şəxs Əhmədov Rəhim Əmralı oğlu;
Oğuz-Mingəçevir marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;
Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir) marşrutu üzrə fiziki şəxs Əliyev Məqsəd İbrahim oğlu;
Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küçəsi) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC;
Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Simurq-avto" MMC;
Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Osmanov Fərid Qələndər oğlu;
Suduroba kəndi-Qusar avtovağzalı, Hil kəndi-Qusar avtovağzalı, Xürəl kəndi-Qusar avtovağzalı və Cibir kəndi-Qusar avtovağzalı marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 10 d. əvvəl
-
13 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
44 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
45 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 53 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























