Porsche-nin səhmləri 8% ucuzlaşdı
Lüks idman avtomobili istehsalçısı 2025-ci il üçün mənfəət proqnozunu azaldıb və zəif tələbat səbəbindən bəzi elektrikli avtomobil modellərinin satışını təxirə salıbAvropa birjaları həftəyə geriləmə ilə başlayıb. Bazar ertəsi səhər saatlarında investorlar ABŞ Prezidenti Donald Trampın vizalarla bağlı sərt addımlarını yaxından izləyərkən, pan-Avropa Stoxx 600 indeksi (Pan-European Stoxx 600 index) 0,2% geriləyib. Əksər sektorlar və böyük birjalar mənfi zonada ticarət olunub.
Marja xəbər verir ki, avtomobil istehsalçıları səhmlərdə ən böyük itkilər baş verib. "Stoxx Europe Automobiles and Parts" indeksi 2,6% aşağı düşüb.
Almaniyanın Porsche şirkəti 8,3% dəyər itirərək geriləməyə liderlik edib. Lüks idman avtomobili istehsalçısı 2025-ci il üçün mənfəət proqnozunu azaldıb və zəif tələbat səbəbindən bəzi elektrikli avtomobil modellərinin satışını təxirə salıb. Şirkətin əsas səhmdarı olan Volkswagen-in səhmləri də xəbərin fonunda təxminən 7,7% ucuzlaşdıb.
Tramp administrasiyasından gözlənilməz qərar
Ötən həftə Tramp administrasiyası H-1B vizalarının rüsumunu 100 min dollara qaldırmaq barədə sərəncam imzalayıb. Bazar günü qüvvəyə minən qərara əsasən, şirkətlər ABŞ-da yeni işçi çalışdırmaq üçün tələb olunan vizaları almaqdan ötrü bu məbləği ödəməli olacaqlar. Ağ Ev bu addımı “Amerikalıların iş yerlərini qorumaq” məqsədi ilə əsaslandırıb.
Hindistan isə söz mövzusu rüsum artımına sərt reaksiya verib və bu tədbirin “ailələrdə ciddi sosial fəsadlara səbəb ola biləcəyini” bəyan edib.
İqtisadi göstəricilər baxımından, Avrozonada istehlakçı etimadına dair ilkin qiymətləndirmə bu gün açıqlanacaq.
Asiya-Sakit okean bazarlarında isə qarışıq dinamika müşahidə olunub. Çinin Mərkəzi Bankı kredit faiz dərəcəsini (LPR) ardıcıl dördüncü ay dəyişməyərək sabit saxlayıb ki, bu da Reuters-ib sorğusunun nəticələri ilə üst-üstə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





