Ekspeditorun müştəriyə dəymiş zərəri ödəmə proseduru müəyyənləşir
Ekspeditorun müştəriyə dəymiş zərəri ödəmə proseduru müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ekspeditor müştəri qarşısında aşağıdakı hədlərdə məsuliyyət daşıyır:
müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin elan edilmiş dəyəri nisbətində;
- elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin faktiki dəyəri nisbətində;
- müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün elan edilmiş dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda elan edilmiş dəyəri nisbətində;
- elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün faktiki dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda faktiki dəyəri nisbətində.
Yükün elan edilmiş dəyəri nəqliyyat-ekspedisiya müqaviləsində və ya ekspeditorun qeydində göstərilən qiymətə əsasən müəyyən edilir. Yükün faktiki dəyəri isə onun bazar qiymətinə, bu mümkün olmadıqda isə analoji malların mövcud bazar qiymətinə əsasən müəyyən edilir. Ekspeditor yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin əvəzini ödəməklə yanaşı, müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ödənilən muzdu müştəriyə geri qaytarır.
Daşıyıcı tərəfindən yük daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yükalana təhvil verilmədikdə əksi sübut edilənədək yük itirilmiş hesab olunur. Təyinat yerinə çatdırılan, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməyən yük itirilmiş hesab olunmur, bu şərtlə ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin.
Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında yükün qablaşdırılmasının mövcud olmamasına, habelə yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əksik çıxmasına, yükün zahirən görünən qüsurlarının olmasına görə məsuliyyət daşıyır. Müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirən görünməyən qüsurları üçün, habelə qiymətli əşyaların, tez xarab olan və ya təhlükəli yüklərin, həmçinin xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor (yükalan) qarşısında cavabdehdir.
Ekspeditor müqavilənin pozulmasının qarşısıalınmaz qüvvənin, müştərinin və ya müştərinin cəlb etdiyi üçüncü şəxslərin, o cümlədən ekspeditorun müqavilənin icrasına cəlb etmədiyi şəxslərin təqsiri səbəbindən baş verdiyini sübut edə bilmədikdə müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin pozulmasına görə müştəriyə dəymiş zərərin əvəzini ödəyir. Qqeyd edilən halda ekspeditor hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün ona ödəniləcək muzdun 3 (üç) faizi miqdarında, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir. Ekspeditor müştərinin yüklərinin mülkiyyət, icarə və ya istifadəsində olan nəqliyyat vasitələri ilə daşınmasını faktiki olaraq həyata keçirdikdə daşıyıcı kimi məsuliyyət daşıyır.
Müştərinin nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı yaranan xərcləri ödəməkdən əsassız olaraq imtina etdiyi sübut edildikdə, müştəri ekspeditora qeyd edilən xərclərlə yanaşı, həmin xərclərin 10 (on) faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. Müştəri ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün həmin muzdun 3 (üç) faizi həcmində, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir.
Müqavilənin pozulması qarşısıalınmaz qüvvənin və ya ekspeditorun təqsiri səbəbindən baş verdiyi halda müştəri ekspeditora dəymiş zərərin ödənilməsindən azad olunur.
Nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti 1 (bir) il təşkil edir. İddia müddəti ekspeditora və ya müştəriyə qarşı iddia qaldırmaq hüququ yarandığı andan (müştərinin və ya ekspeditorun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan) hesablanır. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir. Müştəri, nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan, habelə subroqasiya hüququ əsasında sığortaçı və ya onların səlahiyyətli nümayəndələri ekspeditora qarşı pretenziya vermək hüququna malikdir. Pretenziya yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) pretenziya vermək hüququnu təsdiq edən sənədlərlə (müqavilə, etibarnamə, yük-nəqliyyat sənədləri, o cümlədən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər) birlikdə təqdim edilir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Göstərilən müddət aşağıdakılara əsasən hesablanır:
- yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı – yükün təhvil verildiyi gündən sonrakı gündən etibarən;
- nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətinin pozulması nəticəsində müştəriyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı – müqavilənin müddətinin başa çatdığı gündən sonrakı gündən etibarən;
- Ekspeditor pretenziyaya daxil olduğu tarixdən 1 (bir) ay ərzində baxmalı və pretenziya verənə pretenziyanın qəbul və ya rədd edildiyi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumat verməlidir. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş digər öhdəliklərin icra edilməməsi ilə bağlı göstərilən şəxslərin bu cür pozuntular barədə bildiyi və ya bilməli olduğu gündən etibarən.
Ekspeditor pretenziyaya daxil olduğu tarixdən 1 (bir) ay ərzində baxmalı və pretenziya verənə pretenziyanın qəbul və ya rədd edildiyi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumat verməlidir. Ekspeditor ona qarşı olan pretenziyanı qismən qəbul və ya rədd etdikdə, pretenziya verənə qəbul olunmuş qərarın əsaslarını təqdim etməlidir. Bu halda pretenziya ilə birlikdə təqdim edilən sənədlər pretenziya verənə qaytarılır. Pretenziya ekspeditor tərəfindən qismən qəbul edildikdə və ya rədd edildikdə, habelə pretenziyaya 1 (bir) ay ərzində cavab alınmadıqda ekspeditora qarşı məhkəmədə iddia qaldırıla bilər. Ekspeditor pretenziyanın müəyyən edilən müddətin üzrlü səbəblərdən ötürülməsi qənaətinə gəldikdə həmin pretenziyanı baxılması üçün qəbul etmək hüququna malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















