Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılması üçün danışıqlar aparır
Əksər müddəaları üzrə razılıq əldə olunubQazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə növbəti danışıqlar keçirilib.
Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Qazaxıstan tərəfindən isə Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Müzakirələrin nəticəsi olaraq Konvensiya layihəsinin vergitutma ilə bağlı olan əksər müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəf açıq qalan maddələrin qısa müddətdə razılaşdırılması istiqamətində səylərin artırılması barədə razılığa gəliblər.
Səfər çərçivəsində Qazaxıstanın Milli Gəlirlər Komitəsinin səlahiyyətləri şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Müzakirələr zamanı transfer qiymətləri üzrə hər iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu sahədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























