“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
Mələk investorlar ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər tərəfindən praktik biliklər əldə edəcəklər.Ölkədə mələk investorluğun inkişafına mühüm töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il ilk dəfə olaraq onlayn deyil, genişləndirilmiş oflayn formatda təşkil olunacaq.
2024-cü ildə 200-dən çox potensial investora təlim keçmiş və onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş layihə, həmçinin sindikatlar vasitəsilə startaplara yüz minlərlə dollar investisiya yönləndirilməsinə şərait yaratmışdı. Bu dəfə isə məktəb daha miqyaslı və interaktiv formada keçiriləcək.
4–6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla təcrübələrini bölüşərək praktik biliklər təqdim edəcəklər. Proqram çərçivəsində sessiyalar ingilis dilində keçiriləcək.
“Mələk İnvestorlar Məktəbi”nin əsas məqsədi ölkədə mələk investorların nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməkdir. Təlim iştirakçıları startaplardan ibarət portfel formalaşdırmaq, düzgün seçimlər etmək və uğurlu nəticələr əldə etmək barədə dəyərli biliklər əldə edəcəklər.
Layihə Technovate şirkətinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir. Bu il məktəbin baş sponsoru Visa, sponsoru isə Azercell şirkətidir.
Əlavə olaraq, təlimi tamamladıqdan sonrakı 6 ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Qaliblərdən 5 nəfər 2026-cı ildə Silikon Vadisinə pulsuz səfər etmək imkanı qazanacaq.
Qeydiyyat 30 oktyabradək davam edəcək. Erkən qeydiyyat kampaniyası çərçivəsində 15 oktyabra qədər qeydiyyatdan keçən iştirakçılar “MARJA50” promokodu ilə 50 AZN məbləğində xüsusi endirim əldə edə biləcəklər.
Ətraflı məlumat üçün: www.angelinvestor.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









