Anthropic-in dəyəri 183 milyard dollara çatıb
Süni intellekt şirkəti Anthropic, 13 milyard dollarlıq F seriyası investisiya raundunu başa vuraraq, öz dəyərini 183 milyard dollara yüksəldib.
Marja xəbər verir ki, Şirkət açıqlamasında, toplanan vəsaitin korporativ mənimsəməni artırmaq, təhlükəsizlik tədqiqatlarını dərinləşdirmək və beynəlxalq genişlənməni dəstəkləmək üçün istifadə olunacağını bildirib.
Yatırım turuna Fidelity Management & Research Company və Lightspeed Venture Partners rəhbərlik edib. Digər iştirakçılar arasında Altimeter, Baillie Gifford, BlackRock, Blackstone, Coatue, D1 Capital Partners, Insight Partners, Ontario Teachers’ Pension Plan, Qatar Investment Authority və çoxsaylı korporativ investorlar, risk kapitalı fondları, dövlət sərvət fondları, özəl kapital və aktiv idarəçiləri olub.
Anthropic-in maliyyə direktoru Krishna Rao açıqlamasında bunları deyib:
"Müştəri bazamızda tələbatın eksponensial artımını görürük. Bu maliyyələşdirmə, investorların maliyyə göstəricilərimizə olan fövqəladə etimadını və misilsiz böyüməmizi dəstəkləmək üçün əməkdaşlığımızın gücünü nümayiş etdirir."
Bu investisiya raundu, şirkətin daha əvvəl 170 milyard dollarlıq dəyərlə 3–5 milyard dollar arasında vəsait toplamağa yaxınlaşdığı barədə xəbərlərdən sonra baş tutub. Həmçinin, sürətlənən API istifadəsi və korporativ mənimsəmə ilə birlikdə, 2025-ci il ərzində şirkətin illik gəlirinin 1 milyard dollardan 5 milyard dollara yüksəldiyi bildirilib.
Anthropic-in bloq yazısında qeyd olunub ki, şirkət hazırda 300 mindən çox korporativ müştəriyə xidmət göstərir və orta hesabla 100 min dollardan çox gəlir gətirən böyük müştərilərinin sayı ötən il ərzində təxminən 7 dəfə artıb.
Xatırladaq ki, Anthropic sonuncu dəfə 2025-ci ilin mart ayında 61,5 milyard dollarlıq dəyərlə 3,5 milyard dollar investisiya cəlb etmişdi.
Anthropic — etibarlı, izah edilə bilən və idarə oluna bilən süni intellekt sistemləri qurmaq üzərində çalışan süni intellekt təhlükəsizliyi və tədqiqat şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb



















