Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
2025-ci yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat, xərcləri 22 milyard 308 milyon manat təşkil edib. Nəticədə dövlət büdcəsində 4 milyard 51,4 milyon manatlıq profisit (büdcə artıqlığı yaranıb)Cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci ilin 8 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edərək proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozdan 7,2 milyon manat və ya 31,0 faiz, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 milyard 654,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 8 ayı ərzində 23 milyard 725,9 milyon manat proqnoza qarşı 22 milyard 308 milyon manat məbləğində icra edilib ki, bu da 94 faiz təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























