Rusiyada benzinin ixracına qoyulan qadağa uzadıldı
Rusiyada benzinin qiymətinin artımının davam etməsi səbəbindən onun ixracına qoyulan qadağa uzadılıb.
Marja.az xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkə daxili bazarın sabitləşdirilməsi məqsədilə benzinin ixracı ilə bağlı qərar qəbul olunduğu qeyd edilib.
Qərara əsasən, benzinin ixrac qadağası istehsalçılar və istehsalçı olmayanlar üçün 31 oktyabra qədər uzadılıb, istehsalçılar üçün qadağaların isə 1 oktyabrdan etibarən aradan qaldırılmasının planlaşdırıldığı vurğulanıb.
Xatırladaq ki, Rusiya hökuməti benzinin qiymətinin rekord səviyyəyə yüksəlməsi səbəbindən 28 iyul tarixində benzinin ixracını 31 avqustadək qadağan etmişdi. Lakin qiymətlərdəki artım buna baxmayaraq davam etmişdi.
Ölkədə, neft emalı zavodlarının pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələb səbəbindən benzinin qiymətlərində dövri artımlar müşahidə olunur.
Dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiya ildə 40 milyon tondan artıq benzin istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















