Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünya maliyyə bazarları bu həftəni ABŞ-da keçiriləcək illik "Jackson Hole" İqtisadi Simpoziumunun kölgəsində keçirdi. Bütün diqqətlər Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin cümə günü etdiyi çıxışa yönəlmişdi. İnvestorlar sədrin çıxışında faiz dərəcələrinin gələcək trayektoriyasına dair ipucları arayırdılar.
Ötən həftə həmçinin, İngiltərə və Avrozonada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri, regionların inflyasiya trendlərini izləyən iqtisadçılar və bazar iştirakçıları üçün mühüm məlumatlar təqdim etdi.
İngiltərədə illik inflyasiya iyul ayında 3.8% səviyyəsinə yüksəlmişdir ki, bu da, bazar iştirakçılarının gözləntiləri olan 3.7% proqnozlarını aşdı. Bu artımda əsas rol benzin və qida qiymətlərinin əvvəlki ayla müqayisədə yüksəlməsi idi. Aylıq bazda isə CPİ 0.1% artmışdır. İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ) isə 2.7% səviyyəsində sabit qaldı ki, bu da, İngiltərə Bankının (BoE) hədəfi olan 2% səviyyəsindən bir qədər yüksəkdir.
Avrozonada isə illik CPİ 2.0% səviyyəsində sabit qaldı və gözləntilərlə tam uyğun oldu. Ümumi inflyasiya aylıq müqayisədə dəyişməz qalaraq 0.0% artım göstərdi. Baza inflyasiya isə illik müqayisədə 2.3% səviyyəsində qalaraq qiymət təzyiqlərinin nəzarət altında olduğunu göstərdi. Bu göstəricilər, Avropa Mərkəzi Bankının (ECB) faiz siyasətinə dair ehtiyatlı və stabilləşdirici tonunu dəstəkləyir.
Çərşənbə axşamı Amerikada, Avrozonada və İngiltərədə sənaye və xidmət sektorlarında, həmçinin kompozit Biznes Aktivliyi İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanması fonunda valyuta birjalarında volatillik çox yüksək oldu.
“Jackson Hole 2025”: Pauelldən “ehtiyatlı dovish” siqnal
FED sədri Cerom Pauell simpoziumda balanslı çıxış etdi. O, inflyasiyanın hədəfə yaxınlaşdığını vurğulasa da, əmək bazarında zəifləmənin artdığını qeyd etdi və sentyabr ayında faiz dərəcəsinin endirilə biləcəyi ehtimalına işarə etdi. FED sədrinin çıxışı bazarlarda “dovish” qəbul edildi. Nəticədə faiz endirimi ehtimalı sentyabr üçün 71%-dən 91%-ə yüksəldi. Pauellin çıxışı fonunda dollar zəiflədi, nəticədə EUR və GBP qarşısında geri çəkildi.
Növbəti mərhələni isə sentyabr ayında FED-in real qərarı və həmçinin ABŞ CPI göstəriciləri müəyyən edəcək.
Yeni həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbər ABŞ-da açıqlanacaq ÜDM hesabatı olacaq. Bundan başqa İsveçrədə dərc olunacaq ÜDM hesabatı, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Amerikada yayımlanacaq “Conference Board” İstehlakçıların İnam İndeksi və Şəxsi Xərclər İndeksi kimi xəbərlər birjalara yön verəcək.
Bu həftə eləcə də, Yaponiyada İstehlak Qiymətləri İndeksi, Kanadada ÜDM hesabatları da açıqlanacaq.
EUR
Ötən həftəyə 1.17000 həddində başlayan EUR/USD məzənnəsi 1.15830 həddinə kimi ucuzlaşsa da, cümə günü FED sədri Cerom Pauellin çıxışı sonrası dolların ucuzlaşması fonunda yenidən yüksəldi və ötən həftəni 1.17210-da tamamladı.
Günə enişlə başlayan və hazırda 1.17050 həddində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altına qaytara və bu həddin altında saxlaya bilsələr, məzənnə yenidən ucuzlaşa bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
GBP/USD məzənnəsi ötən həftə 1.33900 həddinə kimi ucuzlaşa da, həftəni 1.35290 həddində tamamladı. yeni həftənin əvvəlində də bahalaşır.
Cari həftəyə enişlə başlayan GBP/USD məzənnəsində “ayılar” qiyməti 1.34 həddinin altına qaytara bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
XAU/USD
Ötən həftənin cümə günü dolların ucuzlaşması fonunda qızıl kəskin bahalaşdı və həftəni 3372$ səviyyəsində artımla başa vurdu. Hazırda 3365$ səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
21 d. əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 24 d. əvvəl
-
28 d. əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
37 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb
Şirkət Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi - FOTOLAR
bp: Neft və qaza onilliklər boyunca ehtiyac olacaq













.jpg)

.jpg)


